sonnoqte.az
Xəbər başlıqları
  • 09:08 – İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb 
  • 19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 

Kremldən Tehranın “Zəngəzur dəhlizi”nə qarşı çıxmasına reaksiya

29-08-2024, 11:09 59 dəfə baxılıb

Kremldən Tehranın “Zəngəzur dəhlizi”nə qarşı çıxmasına reaksiya


Moskvanın Bakı ilə İrəvan arasında əlaqələrin açılması ilə bağlı mövqeyi hamıya məlumdur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zəngəzur dəhlizi”nin tikintisi ideyası və Tehranın bu məsələ ilə bağlı mövqeyini şərh edərkən deyib.

“Biz ondan çıxış edirik ki, müvafiq razılaşmalar həm Azərbaycanın, həm Ermənistanın, həm də regiondakı qonşu dövlətlərin Rusiya, Türkiyə və  İranın da maraqlarına cavab verən şəkildə  həllini tapacaq", - Zaxarova bildirib.

Əlavə edib ki, Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan marşrut bir sıra digər marşrutlarla yanaşı, Azərbaycanda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bağlanması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə edilir. 

"İran rəsmilərinin  “Zəngəzur dəhlizi” ideyasından narahatlığını ifadə edən və buna uyğun olaraq bu yanaşmanın, bu münasibətin səbəblərini izah edən bəyanatların şahidi olduq. Mənə elə gəlir ki, siz bu məsələ ilə bağlı Tehranla əlaqə saxlamalısınız”, - Zaxarova qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO