sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV

21-05-2024, 16:00 117 dəfə baxılıb



Paşinyana səs verənlərin yarısı çıxsa, Paşinyan istefa verəcək.

Moderator.az xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bunu “24News”-a müsahibəsində Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının deputatı Qaqik Melkonyan söyləyib.

“Ermənistanda hakimiyyət dəyişikliyi ola bilməz. Buna əminəm. Çünki görürəm ki, orda toplananlar əvvəlkilər, inciklərdir, onlar bir yerə toplaşırlar və hər dəfə bir incik gəlib hərəkata qoşulur. İlk gün on minlərlə vətəndaşı gördüm, ondan sonra o on minlərlə vətəndaşı da görmədim. Görək, ayın 26-da 200 min adam toplanacaqmı? 300 min insan hakimiyyət dəyişikliyi üçün küçələrə çıxmalıdır, Paşinyana səs verənlərin yarısı çıxsa, Paşinyan istefa verəcək”, - deyə Melkonyan diqqətə çatdırıb.

“Mən Paşinyanın istefası üçün heç bir obyektiv əsas görmürəm. Əminəm ki, Paşinyan nəsə səhv etdiyini hiss etsə, istefa verəcək. Hökuməti dəyişmək istəyirlərsə, hər gün 200 min insan meydana toplaşsın. İndiyə qədər xalqın arxasınca düşəcəyi namizədi deyə bilmirlər”, - deyə erməni deputat vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO