sonnoqte.az
Xəbər başlıqları
  • 09:08 – İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb 
  • 19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 

Paşinyan koalisiya yaratmaq və günahkarları cəzalandırmaq istəyir

19-09-2023, 10:00 86 dəfə baxılıb

Paşinyan koalisiya yaratmaq və günahkarları cəzalandırmaq istəyir


Ermənistan baş naziri Nikol Paşinyan İrəvandakı seçkilərin uğursuzluğuna görə məsuliyyət daşıyanları cəzalandırmaq istəyir.

Bu barədə erməni nəşri “Joxovurd” yazır və  "Vətəndaş müqaviləsi”nin İdarə Heyətinin dünənki iclasının qızğın keçdiyini qeyd edir.

Bildirilir ki, partiya üzvləri uğursuzluğa görə bir-birlərini günahlandırıblar:

“Paşinyan hesab edir ki, uğursuzluğa səbəb silahdaşlarının hərəkətsizliyi olub. Partiya səhv kadr siyasətinin aparıldığına qərar verib. Beləliklə, yaxın gələcəkdə bir sıra istefalar gözlənilir. Bu arada hakimiyyət öz namizədinə mer postunu təmin etmək üçün “Respublika” partiyası ilə koalisiya yaratmaq imkanını müzakirə edir”, – qəzet yazır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO