sonnoqte.az
Xəbər başlıqları
  • 09:08 – İlham Əliyev "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanlayıb 
  • 19:45 – Prezident 3 rayona icra başçısı təyin etdi 
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 10:02 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında olub 

Aşotyandan Paşinyanın oğluna: “Atanın ucbatından 5 min erməni ölüb, get şikayətini geri götür”

19-05-2023, 09:30 117 dəfə baxılıb

Aşotyandan Paşinyanın oğluna: “Atanın ucbatından 5 min erməni ölüb, get şikayətini geri götür”


Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın qaçırılması ilə bağlı həbslərə yerli müxalifət sərt təpki göstərir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın keçmiş təhsil naziri, hazırda müxalifətdə olan Respublika Partiyasının sədr müavini Armen Aşotyan hətta ondan şikayət ərizəsini götürməyi tələb edib. Armen Aşotyan kiçik Paşinyanı qaçırmaq istəyənlərə rəğbətini də gizlətməyib.

“5 min erməninin ölümünə səbəb olan Nikolun atan olması sənin günahın deyil. Baş nazirin oğlu olaraq müharibə zamanı sağ qalman, minlərlə valideynin övladları ölməsi də sənin günahın deyil. Ancaq əminəm ki, şübhə qurdu səni də bitirir. Həmin qurdlar daha sonra əjdahaya, cinə, hidraya çevriləcək. “Günahkar” damğası əbədi olaraq alnına yapışacaq.

Sən bu şikayəti geri götürməyə borclusan, çünki ailən mənim xalqıma bağışlanmaz əzab verib və verməkdə davam edir. Sən məcbursan, çünki Nikolun oğlusan.

Məcbursan, çünki sağ qalmısan, amma atana  görə ölən, səndən daha parlaq gənclər artıq həyatda yoxdur”,-deyə Aşotyan yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO