sonnoqte.az
Xəbər başlıqları
  • 20:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 11:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 14:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 10:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Yaponiya və Çin razılığa gəldi

13-06-2022, 12:00 221 dəfə baxılıb

Yaponiya və Çin razılığa gəldi


Yaponiya və Çinin müdafiə nazirləri təhlükəsizlik sahəsində ikitərəfli dialoqun davam etdirilməsi barədə razılaşıblar.

“Bu barədə razılaşma Yaponiyanın müdafiə naziri Nobuo Kişi ilə Çinin müdafiə naziri Vey Fenhe arasında Sinqapurda keçirilən görüş zamanı əldə edilib.
Qeyd edilib ki, görüş zamanı Yaponiyanın müdafiə naziri Çinin Şərqi Çin və Cənub Çin dənizlərində hərəkətləri ilə bağlı narahatlığını ifadə edərək, bu ölkəni təmkinli olmağa çağırıb.

Bundan əlavə, N.Kişi Yaponiya sərhədləri yaxınlığında Rusiya və Çinin birgə təlimlərindən narahatlığını da bildirərək, bu təlimləri “Yaponiyaya qarşı yönəlmiş nümayişkaranə hərəkət” adlandırıb.

Yaponiyanın müdafiə naziri, həmçinin bildirib ki, Tayvan boğazında sülhün qorunması regionda sülhün və sabitliyin açarıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO