sonnoqte.az
Xəbər başlıqları
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 
  • 08:57 – İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 

Pomidor indi yaydakından ucuzdur - SƏBƏB

6-02-2026, 15:30 8 dəfə baxılıb



Son günlər pomidor bazarda insanlara müxtəlif qiymətlərlə təklif olunur. Maraqlısı budur ki, qış mövsümündə pomidorun qiyməti bahalaşmaq əvəzinə ucuzlaşıb. 

Bəs bu ucuzlaşma nə ilə bağlıdır? 

Fevralda 1 manata pomidor piştaxtaları bəzəyir. Satıcıların sözlərinə görə, ötən illə müqayisədə bu il qiymətlərdə kəskin fərq var. Buna səbəb isə bu sezon məhsulun bol olduğu düşünülür.

Qiymətlər bölgələrdə də özünü göstərir. Fermerlər bildiriblər ki, əsas səbəb Rusiya bazarlarına başqa ölkələrdən idxal edilməsidir:

"Məhsul 60-70 qəpiyə istixanadan alınır. Buna səbəb isə bizim xaricə çıxışımız bahadır. Yol xərcimiz çox çıxır. Özbəkistan, Qazaxıstan pomidorları Rusiya bazarında bu dəqiqə daha ucuz qiymətə satılır". 

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı bildirib ki, məhsulun başqa ölkəyə çıxarışı olmaması məhsulun zay olmasına gətirib çıxara bilər ki, bu da sahibkarları müflis edə bilər:

"Çünki hər məhsulun özünün saxlanılma müddəti var ki, həmin vaxtı keçsə, məhsul öz keyfiyyətini itirə bilər. Belə görünür ki, yay qiymətlərində olan pomidorun satışını bir müddət də görəcəyik"./Milli.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO