sonnoqte.az
Xəbər başlıqları
  • 11:35 – İlham Əliyev: "Azərbaycan 100 % genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir" 
  • 09:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:00 – İlham Əliyevdən məmurlara XƏBƏRDARLIQ - “Dərhal mənə məlumat verin” 
  • 11:50 – Prezidentdən konfrans iştirakçılarına - Müraciət 

Telefonumuzdakı bu proqramlarda Ermənistan detalı, uzaq durun! - XƏBƏRDARLIQ

8-10-2025, 14:22 18 dəfə baxılıb

Telefonumuzdakı bu proqramlarda Ermənistan detalı, uzaq durun! - XƏBƏRDARLIQ


Azərbaycanda bir neçə Ermənistan mənşəli proqram təminatından aktiv şəkildə istifadə olunur. 

Bunu texnobloger Fərid Pərdəşünas deyib. Onun sözlərinə görə, istifadəçilər çox vaxt özləri də bilmirlər ki, bu tətbiqlər ermənilərə məxsusdur:

“Proqramlar yaxşı imkanlar təqdim edə bilər, amma özlüyündə bizim vətəndaşların məlumatları üçün ciddi təhlükə yaradır. Məsələn, foto redaktə tətbiqi olan "Picsart" cihazın qalereyasına və fayllarına giriş icazəsi verir.

Təsəvvür edin, şirkət hər nə qədər “tərəfsizlik” və “peşəkarlıq” nümayiş etdirsə də, adi bir qərəzli mühəndis belə bu məlumatlara müdaxilə edə bilər. Yəni burada insan faktoru çox önəmlidir. Bu səbəbdən sizə aşağıda qeyd etdiyim tətbiqlərdən uzaq durmağı və onların qarşısında göstərilən alternativlərdən istifadə etməyi tövsiyə edirəm:

"Picsart" – mənşə: Ermənistan — alternativ olaraq "Canva", "Adobe Express", "CapCut" istifadə edin.
"Renderforest" – mənşə: Ermənistan — alternativ olaraq "Envato Placeit" və "FlexClip" istifadə edin.
"SoloLearn" – mənşə: Ermənistan — alternativ olaraq "Codecademy" və" free CodeCamp" istifadə edin.
"Krisp" – mənşə: Ermənistan — alternativ olaraq “NVIDIA Broadcast” və “Zoom”/”Google Meet” səs filtrasiyası istifadə edin.
"Zangi" messenceri – mənşə: Ermənistan — alternativ olaraq “Signal” və ya “Wire” istifadə edin.

Məqsədim bu həlləri pisləmək deyil. Əsas məqsəd çox ciddi məsələ olan məlumat təhlükəsizliyidir. Bu tətbiqlərdən istifadə edənlər diqqətli olsunlar və daha etibarlı alternativlərə keçid etsinlər", - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO