sonnoqte.az
Xəbər başlıqları
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 11:54 – Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib VİDEO 
  • 10:41 – Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib VİDEO 
  • 09:00 – Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

31-01-2025, 10:24 56 dəfə baxılıb

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb


Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb.

Müdafiə Nazirliyi xəbər verir ki, toplanışın başa çatması münasibətilə bağlanış mərasimi keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər bildiriblər ki, hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə sıra, taktiki, hərbi tibb, ixtisas və digər hazırlıqlar üzrə nəzəri və praktiki məşğələlər keçirilib. Toplanışın planına uyğun olaraq onlara ordumuzun arsenalında olan müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, həmçinin düzgün istifadə qaydaları və döyüş tətbiqi üsulları öyrədilib.
Bununla yanaşı, ehtiyatdan çağırılanların mənəvi-psixoloji vəziyyəti yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.
Qeyd olunub ki, təlim toplanışında qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Sonda təlim toplanışında fərqlənən bir qrup hərbi vəzifəliyə fəxri fərmanlar təqdim edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO