sonnoqte.az
Xəbər başlıqları
  • 11:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 10:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 10:02 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 09:44 – Prezident: "Avropaya qaz təchizatının həcminin artırılması ilə bağlı danışıqlar gedir" 

Əhaliyə XƏBƏRDARLIQ - Cümə gününə qədər...

30-07-2024, 14:22 102 dəfə baxılıb

Əhaliyə XƏBƏRDARLIQ - Cümə gününə qədər...


Çərşənbə axşamından cümə axşamına kimi Yer kürəsində maqnit qasırğası olacaq.

BAKU.WS xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, yeni proqnozlar maqnit qasırğalarının yüksək ehtimalını təsdiqləyib. Belə ki, çərşənbə axşamı, iyulun 30-da fırtınalar güclü G3 səviyyəsinə, çərşənbə günü orta G2 səviyyəsinə, cümə axşamı isə orta G2 səviyyəsinə yüksəlmək ehtimalı var.

Sinoptik qeyd edib ki, maqnit qasırğalarının başlanğıcı çərşənbə axşamı gecəsi gözlənilirdi, lakin geomaqnit sahəsi sakit qalıb və yalnız Moskva vaxtı ilə saat 3:19-dan sonra bir qədər pozulmuş vəziyyətə düşüb.

Bundan əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) alimləri xəbərdarlıq etmişdilər ki, iyulun 24-də Yer kürəsində orta güclü geomaqnit qasırğası başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO