sonnoqte.az
Xəbər başlıqları
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:26 – Əcəmi Naxçıvaninin abidəsinin açılışı oldu - Fotolar 
  • 22:23 – Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar 
  • 19:45 – İlham Əliyev xanımı ilə DOST Mərkəzinin açılışında 

Təhminə xanım Mahmudova: Heydər Əliyev siyasəti Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldib

4-10-2023, 10:18 181 dəfə baxılıb



5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür Sonnoqte.az rəhbərliyi və kollektivi adından  Sabunçu rayonu 142 saylı məktəbin direktoru Təhminə xanım Mahmudovanı təbrik edir, işlərində uğurlar arzu edirik

Sabunçu rayonu 142 saylı məktəbin direktoru Təhminə xanım Mahmudova  - 30 il öncə bu gün – 3 oktyabr 1993-cü il tarixi Azərbaycan xalqının taleyində dönüş nöqtəsi oldu. Heydər Əliyevin xalqın böyük etimadı əsasında Prezident seçilməsi Azərbaycanın tənəzzüldən, xaos və anarxiyadan xilas olaraq intibah və tərəqqi yoluna qədəm qoymasını mümkün etdi. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan tarixi şəxsiyyət - Ümummilli Lider kimi Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq müstəqil siyasət həyata keçirməklə Azərbaycana tarixi nailiyyətlər qazandırdı.

Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik və tərəqqi dönəmi kimi yadda qalmışdır. Ona görə də Azərbaycan xalqı Ulu Öndərin tarixi və misilsiz xidmətlərini yüksək qiymətləndirir və Onun əbədiyaşar ideyalarını dərindən mənimsəyib.

Bu gün Heydər Əliyev ideyaları əsasında davamlı nailiyyətlər qazanan respublikamızın ən böyük uğurlarından biri dayanıqlı iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin təmin olunması, xalq-iqtidar birliyinin və sarsılmaz milli həmrəyliyin mövcud olması, nəhayət Onun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və tarixi ədalətin bərpa olunmasıdır. Artıq Azərbaycan Heydər Əliyevin görmək istədiyi, arzuladığı kimi qüdrətli və qalibdir!

Xüsusi qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi həm dövlətçilik və müstəqillik tariximizin, həm də Heydər Əliyev irsinin dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.  Çünki Onun zəngin dövlətçilik irsi əbədiyaşar sərvət kimi hər bir azərbaycanlının qürur mənbəyini təşkil edir. Ən əsası, müstəqil, qüdrətli və qalib Azərbaycan Heydər Əliyev yolu ilə parlaq nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir, milli hədəfləri reallaşdıraraq gələcəyə doğru inamla addımlayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO