sonnoqte.az
Xəbər başlıqları
  • 12:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 12:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 12:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 12:41 – Prezident fərman imzaladı 

Azərbaycanda ƏDV ilə bağlı ƏHALİYƏ ŞAD XƏBƏR

26-09-2022, 10:22 210 dəfə baxılıb

Azərbaycanda ƏDV ilə bağlı ƏHALİYƏ ŞAD XƏBƏR


ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması ilə bağlı qanun layihəsi Nazirlər Kabinetinə göndərilib.

Bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O qeyd edib ki, qanun layihəsində ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması ilə bağlı qaydalar müəyyən edilib.

Qeyd edək ki, S.Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirmişdi ki, gələn ildən ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması nəzərdə tutulur.

O vurğulayıb ki, burada məqsəd nağdsız ödənişləri, istehlakçıları stimullaşdırmaqdır.

Qeyd edək ki, hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi istehlakçıya geri qaytarılır.

"ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO