sonnoqte.az
Xəbər başlıqları
  • 13:27 – İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 
  • 11:54 – İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 

Rusiya neftinə qadağa planı nefti bahalaşdırdı

31-05-2022, 10:37 207 dəfə baxılıb

Rusiya neftinə qadağa planı nefti bahalaşdırdı


Neft son on ildən çox müddətdə ən uzun aylıq qazanc əldə edib.

Buna səbəb Avropa İttifaqı liderlərinin Rusiyadan xam neft idxalına qismən qadağa qoymağa razılaşması, eləcə də, Çinin COVID məhdudiyyətlərini daha da yüngülləşdirərək tələbi artırması olub.

"Brent" markalı neftinin bareli 123 dolları keçərək son iki ayın ən yüksək həddinə çatıb.

Aİ-nin sanksiyalarının son mərhələsi Rusiyadan dəniz yolu ilə gətirilən neftin alınmasını qadağan edəcək, lakin boru kəmərləri üçün müvəqqəti istisna olacaq.

Moskvanı Ukraynaya müdaxiləyə görə cəzalandırmaq üçün nəzərdə tutulan paket neftin üçüncü ölkələrə daşınması ilə bağlı sığortaya qadağa qoyulmasını da təklif edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO