sonnoqte.az
Xəbər başlıqları
  • 15:43 – Prezidentdən Sahil Babayevin yerinə TƏYİNAT 
  • 14:54 – İlham Əliyev “Vətən” İdman Liseyində - FOTO 
  • 13:29 – Bir qrup gəncə Prezident mükafatı verildi - Siyahı 
  • 21:59 – Prezident İlham Əliyev Sərəncam imzalayıb 

“Brent” neftinin qiyməti 110 dolları keçdi

2-03-2022, 09:05 234 dəfə baxılıb

“Brent” neftinin qiyməti 110 dolları keçdi


Rusiya-Ukrayna münaqişəsi fonunda xam neft qiymətləri yüksəlməyə davam edir.

 “Brent” neftinin bir barelinin qiyməti 2014-cü ilin iyulundan bəri ilk dəfə 110 ABŞ dollarını keçib.

Buna səbəb Rusiyada enerji sektoruna sanksiya tətbiq edilməsə də,  bir sıra şirkətlərin Rusiya neftindən imtina etməyə başlaması olub. Belə ki, idxalçılar Rusiya gəmilərini qəbul etməməklə bərabər tələb olunan xam nefti başqa mənbələrdən təmin etməyə çalışıb.

Həmçinin, ABŞ və digər istehsalçılar qlobal bazardakı balanssızlığı aradan qaldırmaq üçün strateji neft ehtiyatlarından ümumilikdə 60 milyon barel nefti bazara çıxarmaq üçün razılaşıb.

“Brent” neftinin may fyuçersləri 4,77% bahalaşaraq bir barel üçün 110,05 dollara satılıb və Qərbi Texas neftinin West Texas (WTI) neftinin aprel fyuçerslərinin qiyməti 4,96% artaraq 1 barel üçün 108,54 dollara çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO