Cəmiyyətdə elə insanlar var ki, onların nüfuzu tutduqları vəzifədən deyil, illər ərzində insanlarla qurduqları münasibətdən, göstərdikləri xeyirxahlıqdan və qazandıqları etimaddan yaranır. Belə şəxslərin sözü dinlənilir, məsləhətinə hörmət edilir, iştirakı isə ictimai mühitdə birləşdirici rol oynayır.
Lerik rayonunun tanınmış ictimai xadimi, ağsaqqalı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lerik rayon təşkilatının (Lerik Rayon Veteranlar Şurasının) sədri Hidayət Bəşirov məhz belə hörmət və etimad sahibi olan şəxslərdəndir.
Ağsaqqallıq sadəcə yaşla qazanılan ad deyil. Onun arxasında həyat təcrübəsi, təmkin, insanlara düzgün münasibət və el-obanın sevincinə də, çətin gününə də şərik olmaq dayanır. Hidayət Bəşirovun Lerik ictimaiyyətində qazandığı hörmət də onun insanlarla yaxın münasibətindən, səmimiyyətindən və cəmiyyətin qayğılarına həssas yanaşmasından qaynaqlanır.
Onun fəaliyyətində veteranların xüsusi yeri vardır. Vətən qarşısında xidmət etmiş insanların qayğılarını dinləmək, onların problemlərinə biganə qalmamaq, hüquq və maraqlarının diqqətdə saxlanılmasına çalışmaq böyük mənəvi məsuliyyətdir. Veteran təşkilatına rəhbərlik edən şəxsin qarşısında yalnız təşkilati məsələlər deyil, hər birinin arxasında ayrıca həyat hekayəsi dayanan insanların etimadı vardır. Hidayət Bəşirov da bu etimadın məsuliyyətini dərk edən ictimai xadim kimi fəaliyyət göstərir.
Veteranların keçdiyi həyat yolu xalqımızın tarixi yaddaşının bir hissəsidir. Onların xidmətlərinin unudulmaması, gənc nəslə çatdırılması və Vətən qarşısında göstərdikləri fədakarlığın daim ehtiramla xatırlanması böyük əhəmiyyət daşıyır. Hidayət Bəşirovun ictimai fəaliyyətində də nəsillər arasında mənəvi körpünün qorunması, gənclərdə Vətənə bağlılığın və böyüyə hörmətin gücləndirilməsi mühüm yer tutur.
Xüsusilə
şəhid ailələrinə ehtiram və qazilərimizə diqqət onun təmsil etdiyi fəaliyyətin ən mühüm mənəvi istiqamətlərindəndir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin uca tutulması, onların ailələrinin yanında olmaq, sağlamlığını Vətən yolunda itirmiş qazilərimizin qayğılarına həssaslıq göstərmək cəmiyyətimizin dəyişməz mənəvi borcudur.
Hidayət Bəşirovu fərqləndirən cəhətlərdən biri də ictimai fəaliyyətlə ağsaqqallıq missiyasını bir araya gətirməsidir. Ağsaqqal bəzən barışdıran söz, bəzən çətin məqamda verilən düzgün məsləhət, bəzən də ehtiyacı olan insanın yanında səssizcə dayanmaq deməkdir. İnsanların hörmətini qorumağın yolu da onların arasında olmaqdan, dərdinə və sevincinə yad qalmamaqdan keçir.
Lerikin özünəməxsus ağsaqqallıq ənənəsi, el-obaya bağlılığı və insanlar arasındakı mənəvi münasibətləri belə ictimai fəaliyyətə xüsusi məna verir. Hidayət Bəşirovun uzun illər ərzində formalaşan nüfuzu onun rayon ictimaiyyətinin müxtəlif təbəqələri ilə münasibətində, veteranlara göstərdiyi diqqətdə və milli-mənəvi dəyərlərə bağlılığında öz ifadəsini tapır.
Hidayət Bəşirovun ən böyük qazancı hər hansı tituldan daha qiymətli olan insan hörmətidir. Veteranların yanında dayanmaq, şəhidlərimizin xatirəsini uca tutmaq, qazilərimizin qayğılarını bölüşmək, gənclərə Vətən sevgisini aşılamaq və el ağsaqqalı kimi insanları xeyirxahlığa səsləmək onun ictimai fəaliyyətinin əsas mənasını təşkil edir. Çünki əsl ağsaqqalın böyüklüyü söylədiyi sözlərin çoxluğunda deyil, həmin sözün insanlar arasında daşıdığı çəkidə və arxasında dayanan ömür yolunda görünür.Lerik rayonunun tanınmış ictimai xadimi, ağsaqqalı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lerik rayon təşkilatının (Lerik Rayon Veteranlar Şurasının) sədri - 27 sentyabr 2020-ci ildə başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsindən ötən 6 il ərzində dövlətimizın və xalqımızın əldə etdiyi yeni-yeni uğur və nailiyyətlərə şahidlik etməkdəyik. Müharibə nəticəsində əldə olunmuş obyektiv tarixi gerçəklikləri artıq bütün dünya dövlətləri qəbul və etiraf edir. Məntiqli, davamlı və ardıcıl həyata keçirilən həm daxili, həm də xarici siyasət Vətən müharibəsini şərtləndirən ən mühüm amil oldu. 1994-cü ilin atəşkəs sazişindən 44 günlük Vətən müharibəsinədək ötən dövr ərzində indi tarix olaraq xatırladığımız möhtəşəm siyasi gedişlər, inkişaf etdirilən dövlət quqruculuğu işləri, iqtisadi və hərbi yüksəliş qələbəmizin müqəddəm şərti oldu. “Siyasət” və “tarix” anlayışlarını müqaisə edən mütəffəkirlər, “siyasətin bu günki tarix, tarixinsə, keçmiş siyasət” olduğunu əbəs yerə qeyd etməyiblər. Müharibədən ötən altı ilin hadisə və proseslərinə nəzər saldıqda bu ifadənin nə qədər məntiqi olduğunu anlamaq olur.

Ötən əsrin 90-cı illərinin əvvəlində baş vermiş erməni işğalı, bu işğaldan ötən dövr ərzində həyata keçirilən, şahidi olduğumuz siyasət, beynəlxalq güclərin ikiüzlü, öz mənafelərinə xidmət edən mövqeyi, keçmiş Qarabağ probleminin həllində dövlətimizin, dövlət rəhbərimizin həm daxili, həm də xarici siyasətdə sərgilədiyi ardıcıl, mətin mövqe, uzun illərdir işi-gücü “düşmən dəyirmanına su tökmək” olan, adını müxalifət qoyub faktiki düşmənçiliklə məşğul olan marginal siyasi qruplaşmaların antiazərbaycan mövqeyi qeyd olunanların dövlətimizin və xalqımızın Zəfər savaşınadək hansı tarixi mərhələlərdən keçdiyini əyani sübut edən faktorlardır. Eləcədə, ötən bu illər ərzində cəmiyyətimizin və ən əsası hər bir Azərbaycan vətəndaşının daha güclü, daha sağlam, sosial rifahı daha yüksək olan fərd kimi yaşamasından ötrü həyata keçirilən sosial-iqtisadi və mədəni-siyasi layihələr, dövlət proqramları, beynəlxalq səviyyədə - həm dövlətlərarası, həm də beynəlxalq birliklərlə aparılan iş, yekun etibarı ilə bizə bu günkü Azərbaycanı - dinamik inkişaf edən, daxili siyasi sabitliyə nail olmuş, ümumi iqtisadi göstəriciləri artan xəttlə yüksələn, qüdrətli orduya malik, əhalisinin rifahına yönəlik tədbirlərlə sosial tərəqqiyə nail olmuş, beynəlxalq və regional nüfuzuna görə dünyada mövqeyi qəbul olunan bir dövləti, cəmiyyəti bəxş etmişdir.
İllər ötdükcə bütün bu qeyd olunanların bir dövlətin və cəmiyyətin tarixi və gələcəyi üçün nə qədər böyük önəm daşıdığı bəlli olur. Bu mənada xüsusi qeyd olunan və bütövlükdə dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunmuş, 44 gün davam edən Vətən müharibəsi, uzun illər ərzində əldə olunmuş gücün, möhkəm təməllər üzərində inşa edilmiş strategiyanın məntiqi yekunu və davamlılığının təminatı idi.
Ötən əsrin sonlarından etibarən 30 illik müddət ərzində dünyanın ən böyük beynəlxalq təşkilatlarının qətnamələri, qəbul etdikləri qərarlar, ayrı-ayrı dövlətlərin çağrışları, təklifləri, ölkəmizin sülh naminə atdığı addımlar, təklif etdiyi həll yolları mənfur qonşularımızı “qane etmədi”. Bütün bunlar müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin mükəməl fəaliyyəti nəticəsində ildən-ilə tərəqqi edən dövlətimizin və cəmiyyətimizin yüksəlişi fonunda baş verirdi.

Bütün kompromis və konsensus təkliflərini imitasiya etməsi artıq ermənilərin “başlarının əzilməsi” prossesini reallaşdırmağın vaxtının çatdığından xəbər verirdi. Bir əsrə yaxın müddət ərzində əzəli, tarixi torpaqlarımızda özlərinə “dövlət” təsis edən, 28 il ölkəmizin beynəlxalq səviyyədə tanınan tarixi, əzəli torpaqlarının 20 faizini işğal etmiş erməni adlı tayfa ilə hərb dilində danışmaqdan başqa yol qalmamışdı. Bu yolun tarixi başlanğıc anı 27 sentyabr 2020-ci ilə təsadüf etdi. Məhz bu tarixdə Müzəffər Ali Baş Komandanımızın əmrinə əsasən vaxtaşırı olaraq təkərlanan erməni hərbi təxribatlarının qarşısının birdəfəlik alınmasına, işğal altında olan vətən torpaqlarımızın nəhayət öz gücümüzlə geri alınmasına başlanıldı. 27 sentyabrdan başlanan “Zəfər” yolu 8 noyabr 2020-ci ildə tarixi qələbəmizlə yekunlaşdı. 44 gün davam edən müharibənin hər dəqiqəsi tarixə döndü. Ordunun strateji və tarixi döyüş əməliyyatları, dövlətlə xalqın birliyi və bütün bu günlər ərzində təkcə səngərdəki hərbiçilərimizi deyil, diplomatik cəbhədəki gedişləri ilə həm də xalqını ruhlandıran Ali Baş Komandanın dəmir iradəsi bu qalibiyyəti bizlərə yaşatdı. Şəhidlərimizin, qazi və veteranlarımızın şücaəti, mərdliyi, məsuliyyəti, döyüş ruhu bu qələbəni bizə bəxş etdi. Təkcə Ermənistana deyil bütün dünyaya sübut edə bildik ki, keçmiş Qarabağ probleminin həlli öz əlimizdə olub. Amma beynəlxalq ictimaiyyətə olan güvənimiz, mənfur qonşumuzun nə zamansa, “ipə-sapa yatacağına” olan inamımız bizi həm səbrli olmağa, həm də daha güclü olub düşmənin başını əzmək üçün dünyanı inandırmağa vaxtımız olsun deyə hərəkətə keçməmişik. Odur ki, Azərbaycan əsgərinin “Dəmir yumruğ”u hər kəsə öz yerini göstərdi.
Şübhəsiz ki, bütün müharibələr həm də itkilər bahasına başa gəlir. Zəfər müharibəsində şəhid olmuş hər bir Azərbaycan hərbçisi, mülki vətəndaşlarımız öz canlarını fəda etməklə bizlərə tarixi qalibiyyət yaşatdılar. Onların hər zaman minnətdarlıq hissi ilə yad edilən müqəddəs ruhları qarşısında baş əyəcəyik. 27 sentyabrdan başlayan, 44 gün davam edən vətən müharibəsində şəhid olmuş hər bir azərbaycanlının adının əbədiləşdirilməsi, ailələrinin dövlətimizin və xalqımızın diqqəti və qayğısı ilə əhatə olunması istiqamətində atılan addımlar da bu qəbildəndir. Bu diqqət və qayğının nümunəsini yaradansa, Qarabağ qalibiyyətinin mümarı Müzəffər Ali Baş Komandandır. 27 sentyabr Anım günü ilə bağlı nitqində cənab İlham Əliyev qeyd edir; - “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.
Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Möhtəşəm tarixi gündən - 27 sentyabr 2020-ci ildən 6 il ötür. Bu altı il ərzində xalqımız tarixi qələbənin təntənəsini yaşamaqda davam edir. Bu günü əbədiləşdirmək, xalqımızı yaddaşında əbədi həkk etmək missiyasıda Zəfər yürüşünün memarı, Prezident, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə təmin edildi. 2 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamla 27 sentyabrın “Anım günü” kimi qeyd olunması rəsmiləşdirildi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.