sonnoqte.az
Xəbər başlıqları
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 20:58 – Prezident İlham Əliyev hərbi qulluqçuları təltif edib 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 

Postsovet ölkələri: Dondurulmuş münaqişələr aktivləşdirilir? - Ekspert danışır...

4-12-2023, 09:44 26 dəfə baxılıb



Moldova Rusiya qoşunlarının Dnestryani regiondan çıxarılmasını tələb edir.

Qeyd edək ki, Moldovanın xarici işlər naziri, baş nazirin müavini Niko Popesku sosial şəbəkə hesabında Denstryanı münaqişəsinin nizamlanmasının vaxtının çatdığını bildirib.

O bildirib ki, Kişinyov Rusiya qoşunlarının Dnestryanı bölgədən çıxarılmasında israr etməkdə davam edəcək.

"Rusiya öz sülhməramlı qüvvələrini Dnestryanı bölgədən çıxarmalıdır. Bu, Dnestryanı münaqişənin sülh yolu ilə həlli üçün əlverişli şərait yaradacaq", - deyə Popesku vurğulayıb.

Eyni zamanda Moldova XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Şimali Makedoniyada ATƏT Nazirlər Şurasının iclası çərçivəsində Niku Popeskunun Rumıniya, İspaniya, Çexiya, Danimarka və Fransanın XİN rəhbərləri ilə görüşündə bu məsələ ətraflı müzakirə olunub.

“Mən həmkarlarıma göstərdikləri dəstəyə görə təşəkkür etdim və vurğuladım ki, biz Ukraynaya kömək etməyə davam etməliyik”, - deyə Popesku əlavə edib.

Bir çox ekspertlər hesab edir ki, Ukrayna müharibəsinin gedişatı Denstryanı bölgəsindəki mövcud vəziyyətə təsir edə bilər. Əgər Rusiya ordusu Ukrayna ilə müharibədə məğlubiyyətə düçar olarsa, həm Moldova, həm də Qərb ölkələri rus qoşunlarının Dnestryanı bölgədən çıxarılması üçün ciddi tədbirlər görəcək.

Məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə Cebhe.info-ya müsahibəsində qeyd edib ki, Denstryanı münaqişəsinin taleyi birbaşa Ukrayna müharibəsinin gedişatından asılıdır:

“Moldovada Qərbpərəst qüvvələr hakimiyyətə gələndə, Rusiyadan Dnestryanıdan qoşunlarını çıxarmaq tələb edilir. Amma Rusiyayönümlü qüvvələr hakimiyyətə gələndə, bu tələb demək olar ki, səsləndirilmir.

Bəli, Rusiya Dnestryanıdan qoşunların çıxarılması ilə bağlı öhdəlik götürüb, amma Moskva bu öhdəliyi indiyə kimi yerinə yetirməyib. Əlbəttə, bu, Moldovadan asılı deyil. Çünki Moldovanın Rusiya ilə müharibə aparmaq, hətta Dnestryanı əraziyə qoşun yeritmək iqtidarında deyil. Rəsmi Kişinyovun ölkə ordusunu möhkəmləndirmək üçün o qədər də hərbi-siyasi və maliyyə imkanları yoxdur.

Moldova Dnestryanı bölgə üzərində yalnız bu halda öz suverenliyini bərqərar edə bilər. Əgər Rusiya Ukrayna müharibəsində ağır məğlubiyyətə uğrayarsa, Moskva dinməz-söyləməz qoşunlarını ərazidən çıxardacaq. Amma Ukraynada hazırki vəziyyət davam edərsə və ya Rusiya qalib gələrsə, Dnestryanıda rus hərbi bazası daimi qalacaq”.

Dnestryanı bölgənin Rusiya üçün nə dərəcədə əhəmiyyət kəsb etməsi ilə bağlı suala cavablandıran Z.Əlizadə vurğulayıb ki, Moskva bütün postsovet məkanını özünün təhlükəsizlik zonası hesab edir:

“Rusiyanın regional strategiyasında Cənubi Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa əhəmiyyət daşıyır. Doğrudur, Baltikyanı ölkələr özlərini Rusiyanın təsir dairəsindən xilas edə biliblər. Ancaq yerdə qalan postsovet ölkələri Rusiyaya itaət etməyə məcbur edilir.

Qeyd edim ki, vaxtilə Qarabağda olduğu kimi Moskva Cənubi Osetiya, Abxaziya və Dnestryanıda, müəyyən zaman sonra Donetskdə münaqişə ocaqları yaradıb. Kreml bu münaqişələr vasitəsilə postsovet regionunda öz geosiyasi mövqeyini qoruyur. Rusiya rəhbərliyi bundan sonra da bu siyasəti davam etdirəcək.

Amma bütün bunlara baxmayaraq, Gürcüstan, Ukrayna və Moldova heç vaxt öz ərazilərini güzəştə getməyəcək”.

Z.Əlizadə Ukraynadakı müharibənin hansı nəticə ilə sona çatacağına da toxunub.

“Bu, Ukraynanın dövlət rəhbərliyindən və Ukrayna xalqının iradəsindən asılıdır. Əgər Ukrayna dövləti və onun xalqı münaqişənin dondurulmasını istəyərsə, Kiyev ilə Moskva arasında müvəqqəti atəşkəs sazişi imzalanmaqla bu münaqişə donacaq.

Yox, əgər Ukrayna qan tökərək torpaqlarının azad olunmasına üstünlük verəcəksə, onda bu müharibə davam edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO