sonnoqte.az
Xəbər başlıqları
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 20:58 – Prezident İlham Əliyev hərbi qulluqçuları təltif edib 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 

Putinin Xankəndinin girişindəki bilbordunu kim sökəcək?.. - Ermənilər bu məsuliyyəti BİZƏ BURAXIR?..

26-09-2023, 15:30 49 dəfə baxılıb




Rəşadətli Silahlı Qüvvələrimizin xeyli şəhid və qazinin canı-qanı hesabına Azərbaycan Respublikasının 10 noyabr razılaşmasına görə, uzağı, 2025-ci ilədək Rusiyanın “sülhməramlı” adlanan kontingentinin nəzarətində qalmalı olan ərazisində keçirdiyi son antiterror əməliyyatı nəticəsində Yuxarı Qarabağdakı separatçı-terrorçu erməni birləşmələri, demək olar ki, diz çökdürüldükdən, qondarma rejim bayraqları bütün iri məntəqələrdə, o cümlədən Xankəndində sökdürüldükdən sonra bizim vətəndaş kimi yaşamaq istəməyən minlərlə hayk torpaqlarımızı tərk etməkdə davam edir.

Moderator.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində işğalçı Rusiya lideri V.Putinin 2020-ci ilin noyabrında Xankəndinə daxil olmuş “sülhməramlı”lar tərəfindən quraşdırılmış Putinin bilbordunun (çöl reklam lövhəsi) fonunda bu Azərbaycan(!) şəhərindən çıxan və tıxac yaradan hayk avtomobillərinin görüntüsü paylaşılıb.

“Stepanakert və Laçın dəhlizinə gedən yol, Putinin II Qarabağ müharibəsindən sonra sülhməramlılar tərəfindən quraşdırılmış bilbordu. "Köməyə görə təşəkkürlər! “Bizi xilas etdiniz”, “Atəşi dayandırdınız”..” – deyə fotonu şərh edən ermənilər istehza ilə yazıb.

Yəqin ki, Xankəndindən çıxan və Rusiya diktatorunun o fotosunu görən haykların çoxunun ürəyindən həmin bilbordu atəşə tutmaq, sındırıb yerə atmaq keçir. Lakin şəhərdəki “sülhməramlı”ların qorxusundan bunu edə bilmirlər...

Zəruri və vacib sual:

Bəs biz- Azərbaycan necə? Bizim Putinin şəhərimizin girişindəki – suveren ərazimizdəki bilborduna münasibətimiz necə olmalıdır? Artıq keçmiş Dağlıq Qarabağın digər məntəqələri kimi Xankəndini nəzarətə götürdüyümüzü deyiriksə, “sülhməramlı” olsa da, yad, özü də Ukraynaya amansız, zülmkar təcavüzündən sonra bütün dünyada işğalçı imici daha qabarıq şəkildə zehinlərə hopmuş bir ölkə liderinin nəhəng reklam löhvəsinin şəhərimizin girişində qalmasına razı olacağıqmı?..
Nəzərə alaq ki, "sülhməramlı"lar indiki situasiyada, azı, 2025-ci ilin noyabrınadək, yəni iki ildən çox Yuxarı Qarabağda qalacaq?..

Putinin bilbordunun “sülhməramlı”ların özləri tərəfindən söküləcəyini gözləmək bəlkə də sadəlöhvlük olardı. Çünki onlara milyon versən də, Kremlin, Rusiya liderinin qorxusundan bunu etməzlər...

Bəs biz özümüz, hərbçilərimiz, yaxud Xankəndinin idarəçiliyi boynuna qoyulacaq məmurlarımız söksək? Onda da bu, son 3 ilə yaxın müddətdə 10 noyabr üçtərəfli razılaşmasının bəndlərinə uyğun olaraq müvəqqəti(!) nəzarət etdikləri ərazilərimizdəki separatçı-terrorçu hayk birləşmələrini tərksilah etmək əvəzinə, onları silah-sursatla təmin edən, onlara təlim keçən, elə indi də Ağdərəyə rəsmən “Mardakert”, Xocavəndə “Martuni” və s. dedikləri kimi həmin Xankəndinə də “Stepanakert” deyən, ancaq bu il sentyabrın 19-da başlatdığımız antiterror əməliyyatında “gözlənilmədən” yanımızda olan və dünən silahlandırdıqları terrorçuları bu gün bizimlə bərabər tərksilah edən “sülhməramlı”ların komandanlığının və onları buraya göndərən Putinin özünün xətrinə dəyməzmi?.. Heç Rusiyanın "5-ci kalon"u dabuna razı olmaz...

Bəs həmin bilbord sökülməsə, nə olar? Putinin – yad bir ölkə liderinin portretinin artıq nəzarətimizə keçmiş Xankəndi şəhərimizin girişində qalması yenicə bərpa etdiyimiz suverenliyimizi(!) kölgə altına almazmı?.. Özü də deyəsən, Putinin oxşar bilbordları bir neçə yerdə - Xankəndinin digər girişlərində də var...

Deyəsən, ən yaxşı yol rusları yaxşıca yedirdib-içirdin başa salıb birtəhər ali baş komandanlarının həmin bilbordunu özlərinə sökdürməkdi?

Ümid edirik ki, tezliklə bu problemin də bir həll yolunu taparıq...

Allahdan bütün şəhidlərimizə rəhmət, yaralı, xəstə qazilərimizə cansağlığı diləyirik...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO