sonnoqte.az
Xəbər başlıqları
  • 11:21 – İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib 
  • 09:30 – İlham Əliyev “Qarabağ” və “Palace” hotellərinin açılışında iştirak edib 
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 11:54 – Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video 

ABŞ generalı: Ukraynanın cəmi 45 günü qalıb

11-09-2023, 11:28 44 dəfə baxılıb

ABŞ generalı: Ukraynanın cəmi 45 günü qalıb


ABŞ generalı: Ukraynanın cəmi 45 günü qalıb

Ukraynanın pis hava şəraitinin Rusiyaya qarşı əks-hücumuna mane olmasına cəmi 45 gün qalıb.

Bunu ABŞ ordusunun generalı Mark Milli BBC-yə müsahibəsində deyib. 

Amerikalı generalın sözlərinə görə, yağışlar başlayandan sonra “manevr etmək çox çətinləşəcək”. 

“Bu hücum təxminən 90 gün əvvəl başladı. İşlər gözlənildiyindən daha yavaş getdi. Lakin hələ də kifayət qədər vaxtımız var - yəqin ki,  qeyri-sabit hava şəraitinə, yağışlı, qarlı, soyuq hava şəraitinin başlamasına 30-45 gün qalıb”, - deyə o bildirib. 

Amerikalı generalın sözlərinə görə, döyüş hələ bitməyib. 

“Döyüşün necə bitəcəyini indidən söyləmək hələ tezdir. Qarşıya qoyduğu işdə qismən də olsa, uğur qazandılar və bu, vacibdir. Bir azdan yağıntılı havalar başlayacaq və bu zaman manevr etmək çox çətin olacaq. Bunun ardınca da uzunmüddətli qış gələcək. Bax, o zaman işlərin necə getdiyini görəcəyik. Lakin bu hücumun uğursuz olub-olmadığını söyləmək hələ tezdir”. 

Bundan əvvəl Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov qarşıdan gələn soyuq havaya baxmayaraq, Ukraynanın rus qoşunlarına qarşı əks-hücumunun davam edəcəyini bəyan edib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO