sonnoqte.az
Xəbər başlıqları
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 
  • 13:23 – İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 

Dədə Qorqud yurdunun igidləri haqda çəkilmiş “ Yuva” filminin təqdimatı keçirildi

6-05-2022, 11:25 172 dəfə baxılıb



ATESH,AZ saytı məlumat verir.
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi Dədə Qorqud yurdunun igidləri haqda “ Yuva” filminin çəkilməsi adlı layihənin icra edilməsi məqsədi ilə Ağcabədi rayonun Qaraxanlı kəndində filim çəkilişləri son çatdı. Film hazırlandı. Agentlik tərəfindən filmə müsbət rəy verildi.
Məmmədov Ceyhun Qafar oğlu, Quliyev Nurlan Şükür oğlu, Allahverdiyev Rövşən Fərrux oğlu filmdə çəkilən Vətən müharibəsi şəhidləridirlər. Hər üç şəhidin yaxınları dostları valideyinləri və döyüş dostları şəhidlərimizlə bağlı ürək sözlərini və xatirələrini söylədilər. Həmlə taborunun əsgər və zabitləri, qazilər Allahverdiyev Rövşən haqda təəssüf hissi ilə danışaraq onun şəhid olmasını çox böyük itgi hesab etdiklərini söylədilər. Hər üç şəhidimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif ediliblər. Film hazırlandı. Agentlik tərəfindən filmə müsbət rəy verildi. Dədə Qorqud yurdunun igidləri haqda “ Yuva” filminin çəkilməsi adlı layihənin icrası məqsədi ilə çəkilmiş “Yuva” filminin təqdimat tədbiri bu gün 05 may 2022-ci il tarixində saat 12-00 da Ağcabədi rayonu Mədəniyyət evində keçirildi.
Tədbirdə şəhid ailələri və yaxınları, Ağcabədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şöhrət Orucov, Səfərbərlik Üzrə Dövlət Xidməti Ağcabədi Rayon İdarəsinin rəhbəri Qalib Rzayev, Ağcabədi Pedoğoji Universitetinin, orta məktəblərin və kolleclərin tələbələri iştirak etdilər.
Filmə aid disklər çoxaldılıb şəhid ailələrinə və tədbirin iştirakçılarına paylanıldı. Tədbirin keçirilməsi zamanı foto və video şəkilişlər aparıldı.
Layihənin tədbirləri davam edir
Layihənin rəhbəri Elnarə Abbasova,
ATESH,AZ




Dədə Qorqud yurdunun igidləri haqda çəkilmiş “ Yuva” filminin təqdimatı keçirildi










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO