sonnoqte.az
Xəbər başlıqları
  • 11:21 – İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib 
  • 09:30 – İlham Əliyev “Qarabağ” və “Palace” hotellərinin açılışında iştirak edib 
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 11:54 – Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video 

Baş Prokurorluq: "Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək"

15-02-2022, 11:15 96 dəfə baxılıb

Baş Prokurorluq: "Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək"


“2020-ci ilin 4, 5, 11 və 17 oktyabr tarixlərində Azərbaycan Respublikasının Gəncə şəhərində heç bir hərbi obyekt olmayan mülki şəxslərin yaşadığı ərzilərə terror hücumu təşkil edilib. Özlərini “Artsax” Respbulikası adlandıran qondarma qurum tərəfindən həyata keçirilən bu  hcüum nəticəsində 26 mülki vətəndaşımız həlak olub, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, özünü “Artsax”adlandırdıqları qondarma qurumun rəhbəri kimi təqdim edən Araik Arutyunyan hücumun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214, 220 və ayrı-ayrı maddələri ilə A.Arutyunyan barəsində axtarış elan edilib.
Barəsində axtarış elan edilmiş şəxs həmin dövrddə sərbəst hərəkət edə bilər. Lakin Həm Azərbaycan, həm də Ermənistan terrorçuluğa qarşı beynəlxalq konvensiyaları ratifikasiya edib. Hesab edirəm ki, özünü qondurma respublikasının rəhbəri kimi təqdim edən Araik Arutyunyanın qısa müddətdə istintaqa təqdim edilməsi təmin ediləcək.
İstintaq hərəkətləri davam edir. Qısa müddət ərzində əməliyyat və kəşfiyyat qrurumları tərəfindən onun məhkəmə baxışına çıxarılması təmin ediləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO