sonnoqte.az
Xəbər başlıqları
  • 19:54 – İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 

“Caliber” DSX helikopterinin qəzaya uğraması barədə: Hərbi ekspertlərin versiyaları - VİDEO

1-12-2021, 10:29 264 dəfə baxılıb

“Caliber” DSX helikopterinin qəzaya uğraması barədə: Hərbi ekspertlərin versiyaları - VİDEO


14 hərbçinin şəhid olması, daha iki hərbçimizin yaralanması ilə nəticələnən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması hadisəsi Azərbaycan ictimaiyyətində rezonans yaratdı.

Bu barədə “Caliber”in növbəti təhlilində qeyd olunub.

 Layihə müəllifləri qeyd edir ki, faciə ilə bağlı rəsmi araşdırmanın nəticələrinin açıqlanmasını gözləməyən konspirologiya sevərlər sosial şəbəkələrdə qəzanın səbəbləri ilə bağlı müxtəlif, o cümlədən hadisədə xarici xüsusi xidmət orqanlarının əlinin olması kimi cəfəng versiyaları irəli sürüblər. Lakin Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin açıqlamasında qeyd olunub ki, helikopter təlimlərdə iştirak üçün Səngəçal aerodromundan havaya qalxıb və Qaraheybət təlim mərkəzinə eniş zamanı qəzaya uğrayıb.
“Caliber” isə öz mənbələrinə əsasən qeyd edib ki, ilkin ehtimala görə qəzaya səbəb əlverişsiz hava şəraiti olub.

“Caliber”in təhlilində həmçinin son illərdə bir çox ölkələrdə, o cümlədən qonşu dövlətlərdə baş vermiş helikopter qəzaları ilə bağlı məlumat da yer alıb.

Ətraflı videoda:







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO