sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

Salyanda dələduzluq edən şəxs saxlanılıb

23-11-2021, 10:46 156 dəfə baxılıb

Salyanda dələduzluq edən şəxs saxlanılıb


Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə etməklə pullarını mənimsəyən şəxs saxlanılaraq istintaqa cəlb olunub.
"Ölkə.Az" xəbər verir ki, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən rayonun Həsənli kənd sakini Emin Əsgərov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs bir neçə rayon sakininin etibarından istifadə edərək, onlara sosial yardım düzəldəcəyi barədə yalan vədlər verərək pullarını dələduzluq yolu ilə mənimsəyib.

"Polis əməkdaşları Emin Əsgərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO