sonnoqte.az
Xəbər başlıqları
  • 09:32 – Prezident və xanımı Kəlbəcər sakinləri ilə görüşüblər 
  • 09:11 – Prezident və ailəsi səs verdi 
  • 12:22 – İlham Əliyev Belarus Prezidentini təbrik edib 
  • 12:18 – Prezident: Ermənistan qəsdən vaxt uzadır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir 

Aşan qatar rels üzərinə qaldırılıb - Rəsmi açıqlama

17-07-2024, 09:09 24 dəfə baxılıb

Aşan qatar rels üzərinə qaldırılıb - Rəsmi açıqlama


“Azərbaycan Dəmir Yolları” QSC Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxması ilə bağlı rəsmi məlumat yayıb.

“Məlumatda deyilir: 

“16 iyul tarixində səhər saatlarında Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxmış Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon dünən saat 22.00 radələrində rels üzərinə qaldırılıb və həmin istiqamətdə qatarların hərəkəti normal qrafik üzrə tam təmin olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin infrastruktur və hərəkətin təhlükəsizliyi departamentlərinin birgə operativ fəaliyyəti nəticəsində sözügedən sahədə yol təsərrüfatında müvafiq tənzimləmə işləri görülüb, yük vaqonlarının təyinatı üzrə yola salınması üçün hazırlıq işləri tamamlanıb”.

Xatırladaq ki, yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. Sahibkarlara ciddi zərər dəydiyi bildirilib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO