sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Zaqatalada itkin düşən hindistanlı turistin meyiti tapılıb? - AÇIQLAMA + FOTO

20-06-2022, 09:24 135 dəfə baxılıb

Zaqatalada itkin düşən hindistanlı turistin meyiti tapılıb? - AÇIQLAMA + FOTO


“Zaqatala rayonunda itkin düşən hindistanlı turistin meyitinin tapılması və yaxud onun vəhşi heyvan tərəfindən parçalanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir”. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib.Onun sözlərinə görə, Hindistan Respublikası vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin axtarışları DİN, ETSN və FHN-in aidiyyəti strukturlarının əməkdaşları tərəfindən davam etdirilir:

“Yerli sakinlər və alpinistlər də axtarışlarda iştirak edirlər. Hələlik müsbət nəticə əldə olunmayıb”.

Gürcü mənbələrindən isə bildiriblər ki, sosial şəbəkələrdə yayılan şəkildəki hadisə bu ilin fevral ayında Gürcüstanın Raça bölgəsinin Oni meşəsində baş verib. Belə ki, ovçular bir ayını öldürüblər, bu zaman zağadan çıxan digər ayı onlara hücum edib. Vəhşi heyvan ərazidən qaça bilməyən ovçulardan birini öldürüb və bir ayağını yeyib. 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO