sonnoqte.az
Xəbər başlıqları
  • 19:43 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Prezident və xanımı “Xocalı yürüşü”nə qatıldı - YENİLƏNİB

26-02-2022, 10:04 226 dəfə baxılıb

Prezident və xanımı “Xocalı yürüşü”nə qatıldı - YENİLƏNİB


XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər.

Yürüş iştirakçıları Xətai rayonunda ucaldılan Xocalı abidəsinin yerləşdiyi əraziyə gəliblər.

Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci xanım Mehriban Əliyeva, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev abidənin önünə gül dəstələri qoyublar.

Ümumxalq yürüşünün iştirakçıları abidənin önünə tər güllər düzüblər.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı faciəsinin 30-cu ildönümü ilə əlaqədar yürüşə qatılıblar.

Dövlət başçısı, birinci vitse-prezident, dövlət rəsmiləri, deputatlar və ictimaiyyət nümayəndələri yürüşdə iştirak edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO