sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Zaqatala suvarma sistemləri idarəsinin kollektivi rəhbərlik tərəfindən qarşıya qoyulan vəzifələri şərəflə yerinə yetirilir

15-12-2021, 12:18 383 dəfə baxılıb

Zaqatala suvarma sistemləri idarəsinin kollektivi rəhbərlik tərəfindən qarşıya qoyulan vəzifələri şərəflə yerinə yetirilir


Zaqatala Suvarma Sistemləri İdarəsinin rəisi Fikrət ŞərifovAzərbaycan tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Artıq 30 illik işğal dövrü başa çatdı. Qəhrəman əsgərlərimiz qarış-qarış yağı tapdağında qalan yurd yerlərimizi azad etdilər. Bütün xalq bir yumruq kimi öz Ali Baş Komandanının, şanlı əsgərinin ətrafında birləşib. Biz addım-addım böyük qələbəyə doğru irəlilədik və möhtəşəm Qələbə qazandıq.

“Bu gün hamıya aydın olur ki, İlham Əliyev təkcə güclü ordu, güclü iqtisadiyyat, dövlət strukturu formalaşdırmayıb. O həm də güclü bir xalq formalaşdırmağı bacarıb. Zatən güclü liderlərin də meydana çıxması üçün elə güclü xalq olmalıdır.

Azərbaycan xalqı bir nəfər kimi öz Ali Baş Komandanının ətrafında birləşərək Vətən müharibəsinin qalibiyyətli sonunu gözləyirdi. Prezidentin hər çıxışı xalq içərisində böyük coşqu yaradırdı. Bəli, İlham Əliyev hərbi və siyasi müstəvidə düşməni diz üstə gətirməyi bacardı. O adını Azərbaycan tarixinə qızıl hərflərlə yazan bir sərkərdədir. İlham Əliyev həm də atasının yarımçıq qalan arzusunu həyata keçirdi. Bu Heydər Əliyevin başlatdığı Vətən savaşının məntiqi sonluğudur.

Bütün Azərbaycan xalqı sizinlədir, sizinlə qürur duyur cənab Ali Baş Komandan! Azğın düşmənləri torpaqlarımızdan iti qovan kimi qovduq. İndi azad olunmuş torpaqlarda üçrəngli zəfər bayragımız dalgalanır. Hər şey üçün çox sağ olun. Bu xalqın etimadı, sevgisi, alqışı, duası halalın olsun!“.
 


Azərbaycan ta qədimdən əkinçilik ölkəsidir. Tarixi mənbələr sübut edir ki, əjdadlarımız min illər bundan əvvəl də suvarma kanallarından istifadə etməklə əkinçiliklə məşğul olmuşlar. Zaman irəlilədikcə meliorasiya sahəsinin inişafında da inqilabi dəyişikliklər baş vermişdir. Azərbaycanda meliorasiya və irriqasiya sahəsinin geniş miqyaslı, intensiv inkişafı, suvarmada yeni texnologiyaların tətbiqi ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdən başlamışdır. Məhz ulu öndərin təşəbbüsü ilə o dövrdə həyata keçirilən layihələr kənd təsərrüfatının bütün sahələrində diqqətə layiq göstəricilərin qazanılmasını təmin etmişdir.

Çox təəssüf ki, ötən əsrin 90-cı illərindən başlayaraq bu vacib sahə də tənəzzülə uğradı, vəsait çatışmazlığı səbəbindən başlanılan işlər dayandırıldı. Lakin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev meliorasiya sahəsinə yenidən yüksək qayğı və diqqət göstərdi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ hüquqi bazası yaradıldı.

Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunudur. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılması qaydalarını müəyyən etdi.

Ulu öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi.

İnamla demək olar ki, müstəqillik illərində ən sürətlə modernləşən, müasir texniki gücə sahib olan meliorasiya sahəsi aqrar sahənin dinamik inkişafında əsas pay sahibinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin meliorasiya sahəsinə verdiyi xüsusi əhəmiyyəti nəzərə alan möhtərəm Prezidentimiz İlham Əliyev bu sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün mühüm qərarlar qəbul etmişdir. Ən müasir texnika ilə təchiz edilmiş meliorasiya sahəsində indi görülən işlərin həm həcmi, həm də keyfiyyəti inanılmaz dərəcədə artmışdır. Qeyd etməliyəm ki, meliorasiya sahəsindəki bu günki uğurlarda şəxsən bacarıqlı və içgüzar rəhbərimiz, meliorasiya sahəsinin dərin bilicisi Əhməd Əhmədzadənin əməyi çox olmuşdur.

Zaqatala suvarma sistemləri idarəsinin kollektivi Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin yerinə yetirlməsində var qüvvə ilə çalışır, verilən tapşırıqların vaxtında, həm də keyfiyyətlə icrasını təmin edir.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO