sonnoqte.az
Xəbər başlıqları
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 10:21 – Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 

“Kral” - Təmizlik və halallıq ünvanı - Fotolar

7-06-2022, 11:11 393 dəfə baxılıb

“Kral” - Təmizlik və halallıq ünvanı

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası nəticəsində ölkəmizdə ət məhsulları istehsalı sektorunun hərtərəfli dəstəklənməsi və onun daha da genişlənməsi üçün əlverişli mühit yaradılıb. Elə bunun məntiqi yekunudur ki, son illər ərzində Azərbaycanda halal, təmiz və ekoloji sağlam ət məhsulları istehsal edilir. Məhz, ölkəmizin ət və ət məhsulları istehsalı sektorunda aparıcı mövqeyə malik olan şirkətlərdən biri də "Hakan Foods”dur. "HAKAN FOODS AZERBAIJAN TRADING CO LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ müstəqil təsərrüfat subyekti olaraq Azərbaycan Respublikasının  Mülki Məcəlləsi, digər qanunvericilik aktlarına və Nizamnaməyə müvafiq olarq  2001-ci ildən "Kral" markası altında ekoloji təmiz Kolbasa, Sosiska, Servelat, Vetçina, Mal delikatesi və s. ət məhsulları istehsalına başlamışdır.
Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu milli iqtisadi inkişaf modelinin Cənab prezidentimiz İlham Əliyevin bilavasitə rəhbərliyi altında reallaşdırılması  nəticəsində ölkəmizdə təsərrüfat subyektləri üçün əlverişli iqtisadi mühit yaradılmışdır. Məhz belə bir şəraitdə şirkətimizin  əsas məqsədi dəyişən, dinamik milli iqtisadiyyatımızın keyfiyyət tələblərinə cavab verən istehsalçısı və istehlakçısı olduqumuz ekoloji təmiz, keyfiyyətli məhsullarımızla daxili və xarici bazarları təmin etməkdən ibarətdir.
"HAKAN FOODS AZERBAIJAN TRADING CO LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ  "Kral" markası altında 22 ilə yaxindır ki, Avropa standartlarına cavab verən ekoloji təmiz ət məhsulları ilə ölkə bazarını  təmin edir.
Məhsulların istehsalında istifadə olunan xammaddələr keyfiyyətli və bütün müasir standartlara cavab verən  Avropanın öndə gedən şirkətlərinin avadanlıqlarında istehsal olunur.


“Hakan foods” MMC 1.2 hektar ərazidə yerləşir. Şirkətin kompleksinə ən müasir avadanlıqlarla təhciz edilmiş laboratoriya, ət məhsulları istehsalı sahələri, soyuducu anbarlar, daşıma sistemləri daxildir. Ət məhsullarının istehsalı üçün idxal olunan qida məhsullarının bir qismi soyuducu anbarlarda saxlanılır. Şirkətin günlük istehsal gücü 20 tona qədər olan istehsal sahəsi var.

"Hakan Foods” MMC təxminən 42 adda kolbasa və sosiska məhsulları istehsalı üçün “Halal Qida” Dövlət Standartı üzrə uyğunluq və gigiyenik sertifikatlarına layiq görülüb. İllik istehsal gücü 2500 tona çatan ət emalı sahəsində müxtəlif çeşidlərdə məhsul istehsal edilir. Ən maraqlısı da odur ki, “Kral” markası altında istehsal olunan ət məhsullarına Azərbaycanın qədim və tarixi diyarlarının, şəhərlərinin adları verilib. “Zəngəzur”, “Gümrü”, “Dərələyəz”, “Vedibasar”, “Göyçə” və başqa adlarda istehsal olunan ət məhsulları yüksək keyfiyyəti ilə yanaşı eyni zamanda tarixi torpaqlarımıza bağlılığımızı da təlqin edir. 

“Kral” məhsulları tam halaldır və bu ət məhsullarının istehsalında donuz ətindən və mənşəyi bəlli olmayan ətlərdən qəti şəkildə istifadə edilmir. İctimaiyyət də bilsin ki, şirkətin Beyləqan rayonunda fermer təsərrüfatı vardır ki, istehsal üçün ət əsasən oradan tədarük edilir. 

Yüksək keyfiyyətə təminat verən amillərdən biri də məhsulların tərkibinə nəzarətdir. Şirkətin ən müasir avadanlıqla təchiz olunmuş Mərkəzi Laboratoriyası var. Laboratoriyada ayrıca həkim mikrobioloq, eləcə də fiziki-kimyəvi müayinə otaqları mövcuddur. Hətta, şirkətin laboratoriyası dövlət nəzarətindədir və xüsusi sertifikat alıb. Yəni, bu laboratoriyada istənilən məhsulun tərkibi və keyfiyyəti yoxlanıla bilər. Bununla yanaşı, dini qaydalarımıza uyğun olaraq kəsilmiş heyvanlar baytarlar tərəfindən yoxlanılır, möhür vurulur, sənədləşdirmə işləri aparılır və sənədlərlə birlikdə ət şirkətə daxil olur. Kolbasanın tərkibinə vurulan qatqıların bir hissəsi isə idxal olunur. 

Geri qalan məsələ isə “Kral” ət məhsullarını almaq, dadmaq və qiymətli hədiyyələr qazanmaqdır. 


.














Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO