sonnoqte.az
Xəbər başlıqları
  • 19:43 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Putin martın 31-dək vaxt verdi: "Cavab gözləyir"

28-03-2022, 12:53 196 dəfə baxılıb

Putin martın 31-dək vaxt verdi: "Cavab gözləyir"


Prezident Nazirlər Kabineti, Mərkəzi Bank və “Qazprom”dan hesabat gözləyir.

Rusiya prezidenti Vladimir Putin martın 31-dək Nazirlər Kabinetinin, Rusiya Bankının və “Qazprom” şirkətinin dost olmayan ölkələrə qaz nəqli üçün ödəniş valyutasının rubla dəyişdirilməsi ilə bağlı hesabatını gözləyir. 

"Bu barədə bazar ertəsi Kremlin saytında dərc olunmuş dövlət başçısının hökumət üzvləri ilə görüşün yekunlarına dair tapşırıqlar planında deyilir. 

“Rusiya Federasiyası Hökuməti Rusiya Bankı, “Qazprom”la birlikdə Rusiya vətəndaşlarına və  hüquqi şəxslərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edən Avropa İttifaqı ölkələrinə, həmçinin digər ölkələrə təbii qazın tədarükü üçün ödəniş valyutasının rus rubluna dəyişdirilməsi üçün bir sıra tədbirlər həyata keçirsin"- sənəddə qeyd olunub.

Prezident bununla bağlı martın 31-dək hesabat gözləyir. Daha sonra isə aylıq hesabatlar təqdim olunacaq. İcraya cavabdeh Baş nazir Mixail Mişustin, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina və “Qazprom”un rəhbəri Aleksey Miller təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO