sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

Özbəkistan koronavirusa qarşı pomidor peyvəndi hazırladı

14-09-2021, 11:50 155 dəfə baxılıb

Özbəkistan koronavirusa qarşı pomidor peyvəndi hazırladı


Özbəkistan Genom və Bioinformatika Mərkəzi koronavirusa qarşı yeni peyvənd hazırlayıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, peyvəndi pomidordan hazırladıqlarını açıqlayan özbək rəsmilər bu peyvəndin qida kimi yeyiləcəyini bildiriblər.

Peyvənd koronavirus proteininin pomidora köçürülməsi üsulu ilə hazırlanıb.

Mərkəzin müdir müavini Zabardast Buriyev əvvəlcə tütün pomidor və pambıq üzərində sınaqlar aparılsa da, qida olduğu üçün sonda pomidor üzərində peyvənd hazırlamağa qərar verdiklərini söyləyib.

Həmçinin qeyd olunub ki, bu peyvəndin xüsusi saxlanma şəraitinə ehtiyacı yoxdur və yan təsirlərinin az olacağı ehtimal edilir.

Hazırda peyvəndin siçanlar üzərindən sınaqdan keçirildiyini deyən özbək rəsmilər bu mərhələ tamamlandıqdan sonra insanlar üzərində sınaqlar aparılacağını bildiriblər. 

Peyvəndin uğurlu olduğu deyilsə də, hələlik beynəlxalq səhiyyə orqanları tərəfindən tanınmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO