sonnoqte.az
Xəbər başlıqları
  • 19:54 – İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 

İzlədiyi videolardan öyrəndiyi üsulla azyaşlını ölümdən qurtardı - VİDEO

12-07-2021, 09:44 198 dəfə baxılıb

İzlədiyi videolardan öyrəndiyi üsulla azyaşlını ölümdən qurtardı - VİDEO


Türkiyənin Bursa şəhərinin Mudanya vilayətində yerləşən mağazaların birində həyəcanlı anlar yaşanıb.

Anasının yanında olan azyaşlı uşağın boğazında konfet qalıb. Nəticədə o, nəfəs ala bilməyib. Ətrafdakı insanlar kömək etməyə çalışsa da, artıq ümidlərini üzməyə başlayıb. Vəziyyəti kənardan izləyən gənc oğlan dərhal mağazaya daxil olub və bir-iki həmlədə uşağın ölümdən dönməsinə köməklik göstərib.

Məlum olub ki, sözügedən şəxs yaxınlıqda saç ustası işləyən Ercan Uşaqdır. O, yaxın aylarda övladı olacağı üçün ilkin yardım videolarını izlədiyini deyib. Təlim dərslərindən öyrəndiyi üsulla azyaşlıya köməklik göstərib.

<embed width="640" height="360" src="https://player.olke.az?v=&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO