sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Tacikistanda səfərbərlik elan olundu

7-07-2021, 09:05 214 dəfə baxılıb

Tacikistanda səfərbərlik elan olundu


Tacikistan Prezidenti Emoməli Rəhmon ölkənin Əfqanıstanla sərhəddə yaranmış vəziyyətlə əlaqədar olaraq ehtiyatda olan hərbçilərin səfərbərlik xidmətinə cəlb olunması ilə bağlı sərəncam verib.

“Qafqazinfo” “İnternovosti.ru”ya istinadən xəbər verir ki, ölkənin Əfqanıstanla sərhədinin gücləndirilməsinə 20 min nəfərin göndəriləcəyi güman edilir.

Bir sıra mənbələrə görə, hazırda “Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanla Tacikistan arasındakı sərhədin böyük bir hissəsini nəzarətə götürüblər.

ABŞ hərbi qüvvələrinin və onların tərəfdaşlarının Əfqanıstanı tərk etməsindən sonra burada vəziyyət pisləşib. Aktiv hücuma keçən radikal qüvvələr hazırda yeni ərazilər ələ keçirir. Bu səbəbdən də, əfqan təhlükəsizlik qüvvələri geri çəkilməyə məcbur olur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO