sonnoqte.az
Xəbər başlıqları
  • 11:21 – İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib 
  • 09:30 – İlham Əliyev “Qarabağ” və “Palace” hotellərinin açılışında iştirak edib 
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 11:54 – Vilayət Eyvazov vətəndaşlara təşəkkür etdi - Video 

Zərif İsrail bayrağına görə xarici səfərini təxirə salıb

16-05-2021, 08:50 208 dəfə baxılıb

Zərif İsrail bayrağına görə xarici səfərini təxirə salıb


İranın xarici işlər naziri Cavad Zərif Avstriyaya bugünki səfərini təxirə salıb.
Bu barədə Avstriya XİN-dən məlumat verilib.

Məlumata əsasən, səfərin təxirə salınmasına səbəb Avstriya dövlət qurumlarına məxsus binalardan İsrail bayrağının asılması olub.

XİN-dən bildirilib ki, səfər çərçivəsində Zərif avstriyalı həmkarı Aleksander Şallenberqlə görüşməli idi.

Qeyd olunub ki, İranın nüvə proqramı ətrafında Vyanada aparılan danışıqlar davam etdiriləcək.

Xatırladaq ki, İsrail-Fələstin qarşıdurmasında birincilərə dəstək məqsədilə cümə günü Avstriya hökumət binalarından İsrail bayraqları asılıb.oxu.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO