sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Qırmızı dənizdə gəmilərə hücum edən husilər KİMLƏRDİR?

12-01-2024, 10:15 60 dəfə baxılıb

Qırmızı dənizdə gəmilərə hücum edən husilər KİMLƏRDİR?


Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarından ABŞ və Böyük Britaniya qüvvələri husilərə qarşı hərbi əməliyyata başlayıb. Əməliyyat qərarı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın axşam saatlarında Nazirlər Kabinetinin fövqəladə iclasından sonra qəbul edilib. ABŞ Prezidenti Co Bayden isə bu əməliyyatın İranın dəstəklədiyi husilərin Qırmızı dənizdə gəmilərə hücumlarına cavab olduğunu bildirib.

Bəs Qırmızı dənizdə gəmilərə hücum edən husilər kimlərdir?

“Qafqazinfo” BBC-yə istinadən onlar barədə məlumatı təqdim edir:

Adını hərəkatın qurucusu Hüseyn əl-Husidən götürən husilər Yəmənin silahlı qrupudur. “Ənsar Allah” (Allahın tərəfdarları) kimi tanınan qrup 1990-cı illərdə ovaxtkı prezident Əli Abdullah Salehə qarşı mübarizə aparmaq üçün yaradılıb. Səudiyyə Ərəbistandan dəstək alan sabiq prezident Saleh 2003-cü ildə husiləri məhv etməyə çalışsa da, əksinə oldu. Belə ki, husilər hər iki tərəfin hücumunu dəf etməyi bacardılar.

İranın dəstəklədiyi husilər gəmilərə hücum etdikdən sonra Qərb qüvvələri hərəkətə keçib. Belə ki, paytaxt Səna və husilərin Qırmızı dəniz limanı olan Hudeyda da daxil olmaqla, 12-dən çox obyekt vurulub. Yəməndəki husilərin hədəfləri logistik mərkəzlər, hava hücumundan müdafiə sistemləri və silah anbarları olub.

Husilər 2014-cü ildən Yəmən hökumətinə qarşı vətəndaş müharibəsi aparır. BMT-nin 2022-ci ilin əvvəlinə olan məlumatına görə, indiyə kimi bu müharibədə təxminən 377 min insan ölüb, 4 milyon insan isə evindən didərgin düşüb. 

Xatırladaq ki, Yəmən Xarici İşlər Nazirliyi isə hücumdan sonra açıqlama yayıb. Açıqlamada bildirilib ki, rəsmi London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumların bədəlini ödəməyə hazır olmalıdır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO