sonnoqte.az
Xəbər başlıqları
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 

Almaniya kanslerinin qaçqın "zarafatı" topa tutuldu

12-06-2023, 09:25 61 dəfə baxılıb

Almaniya kanslerinin qaçqın "zarafatı" topa tutuldu


Almaniya kansleri Olaf Şoltsun Aralıq dənizi vasitəsilə Almaniyaya gələn qeyri-qanuni miqrantlarla bağlı “zarafat”ı sosial mediada tənqid edilib.

“Star” qəzeti xəbər verir ki, Şolz Nürnberqdə Protestant Kilsəsinin təşkil etdiyi tədbirə immiqrasiya və qaçqın siyasəti ilə bağlı danışıb.
O, Almaniyanın Avropa Birliyinin (AB) xarici sərhədində yerləşən bir ölkə olmasa da, sığınacaq üçün ən çox müraciət edilən ölkə olduğunu deyib:

"Bu zarafatı daha əvvəl Avropa Şurasında da etmişdim. Almaniyanın Aralıq dənizində böyük sahil xətti olmalıdır. Çünki Aralıq dənizinə faktiki sahili olan ölkələrlə müqayisədə Aralıq dənizi vasitəsilə Avropaya gələn qaçqınların çoxu Almaniyaya gəlir” .

Almaniya kansleri Şolzun "zarafat" kimi qələmə verdiyi sözlər sosial şəbəkələrdə kəskin reaksiyalara səbəb olub.

Aralıq dənizində gəmilərlə nizamsız miqrantları xilas etmək üçün çalışan Alman qeyri-hökumət təşkilatı “Sea Watch”m tvitter hesabında Şoltsu tənqid edib.
“Təkcə 2023-cü ildə Aralıq dənizində 1150-dən çox ölüm hadisəsi baş verib. Kanslerin ağlına gələn pis zarafatdır. Buna gülə bilən  şəxs ölkəni idarə etməməlidir”.

Xristian Demokratik Birlik Partiyasının (CDU) deputatı Mattias Hauer də Almaniyanın baş nazirinin başqalarının əzabına lağ etməməli olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO