sonnoqte.az
Xəbər başlıqları
  • 19:43 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Özbəkistan və Tacikistan arasında əbədi dostluq və müttəfiqlik müqaviləsi imzalanıb

3-06-2022, 09:53 225 dəfə baxılıb

Özbəkistan və Tacikistan arasında əbədi dostluq və müttəfiqlik müqaviləsi imzalanıb


Tacikistan prezidenti İmaməli Rəhmon Özbəkistana rəsmi səfəri çərçivəsində həmkarı Şövkət Mirziyoyev ilə görüşüb.
Təkbətək və geniş tərkibdə keçirilən görüşlər zamanı iki ölkə arasındakı münasibətlər müzakirə olunub.

Mirziyoyev ikitərəfli əməkdaşlığın bütün sahələrində əldə olunan nailiyyətlərdən məmnun olduğunu bildirib və Tacikistanı Özbəkistanın yaxın qonşusu, sadiq dostu və etibarlı strateji tərəfdaşı adlandırıb. İki ölkənin və xalqların mənafeyinə uyğun olaraq, qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığı daha da gücləndirməyə hazır olduqlarını vurğulayan Özbəkistan prezidenti tərəflər arasında əbədi dostluğun möhkəmlənməsini və müttəfiqlik sazişinin imzalanmasını “tarixi hadisə” kimi dəyərləndirib.

Tacikistan prezidenti İmaməli Rəhmon iki ölkə arasında əlaqələrin son illərdə ən yüksək səviyyədə inkişaf etdiyinə diqqət çəkərək, Mirziyoyevin ikitərəfli münasibətlərin inkişafına şəxsi töhfəsini yüksək qiymətləndirdiklərini vurğulayıb.

Dövlət başçısı il Tacikistan və Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə toxunaraq, bu baxımdan əhəmiyyətli olan cari ildə əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmaq üçün tarixi bir qərar verdiklərini bəyan edib.

Görüşdən sonra Özbəkistan və Tacikistan arasında sənaye, mədəniyyət və incəsənət, ətraf mühitin mühafizəsi və su ehtiyatlarından birgə istifadə, ipək istehsalı sahəsində əməkdaşlıq kimi məsələləri əhatə edən bir sıra saziş və memorandumlar imzalanıb.

Mirziyoyev və Rəhmon həmçinin Özbəkistan və Tacikistan arasında əbədi dostluq və müttəfiqliyin möhkəmləndirilməsi haqqında saziş imzalayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO