sonnoqte.az
Xəbər başlıqları
  • 19:43 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Türkiyənin xarici işlər naziri: Azərbaycan kimi Ermənistanın da sülh mövqeyini gözləyirik

14-03-2022, 09:11 207 dəfə baxılıb

Türkiyənin xarici işlər naziri: Azərbaycan kimi Ermənistanın da sülh mövqeyini gözləyirik


Müharibədə Zəfər qazanılandan - Azərbaycan işğal altındakı torpaqlarını azad edəndən sonra Azərbaycanla Türkiyə bölgədə sülhə və sabitliyə tərəfdar olduqları ilə bağlı mövqelərini açıq şəkildə ifadə ediblər.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Forumla bağlı keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən söyləyib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan nazir Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan münasibətlərin normallaşması üçün sülh əlini uzadıb. “Azərbaycan kimi Ermənistanın da sülh mövqeyi göstərməsini gözləyirik”, - deyə türkiyəli nazir vurğulayıb.

Nazir Mövlud Çavuşoğlu bir daha diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyə bölgədəki proseslər, o cümlədən Ermənistanla münasibətlərin normallaşmasına dair bütün addımları atırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO