sonnoqte.az
Xəbər başlıqları
  • 12:18 – İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib - YENİLƏNİB 
  • 08:14 – Azərbaycan Polisi 106 yaşında - VİDEO 
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 08:16 – Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib 

Azərbaycan hərbi texnikaları “Teknofest-2021” festivalında nümayiş olunur - FOTO

21-09-2021, 10:59 169 dəfə baxılıb

Azərbaycan hərbi texnikaları “Teknofest-2021” festivalında nümayiş olunur - FOTO


İstanbulda “Teknofest-2021” Aviasiya, Kosmos və Texnologiya Festivalı başlayıb.

Report xəbər verir ki, tədbirdə Azərbaycanın 200 kvadratmetlik ərazidə quraşdırdığı pavilyonda ölkəmizi Rabitə və Yüksək Texnologiyalar, Müdafiə Sənayesi və Müdafiə nazirlikləri təmsil edir.

Tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin 2 “MiQ-29” təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyinin “İti qovan”, “Orbiter 2”, “Orbiter 3”, “Orbiter 4” kimi pilotsuz uçuş aparatları da sərgilənir.

“MiQ-29” təyyarələri beş gün ərzində İstanbulda təşkil olunacaq hava şoularında da iştirak edəcək.

Pavilyonda quraşdırılan monitorda 44 günlük Vətən müharibəsi zamanı “Bayraktar TB2” pilotsuz uçuş aparatı ilə məhv edilən düşmən texnikaları və hərbi obyektlərinin görüntülərindən ibarət videoçarx nümayiş etdirilir.

Tədbirdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Festivalda ilk dəfə olaraq Türkiyə Müdafiə Sənayesi Nazirliyinin hazırladığı “Türk müdafiə sənayesi keçmişdən gələcəyə” başlıqlı zaman tuneli də ziyarətçilərə təqdim edilir. Tuneldə Mete xandan başlayaraq “Akıncı” TİHA-ya qədər, eramızdan əvvəl III əsrdən bu günə kimi Türk müdafiə sənayesində baş verən dəyişikliklər fotoşəkillərlə sərgilənir.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO