sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi

29-04-2021, 11:26 270 dəfə baxılıb


Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdi.
 

Bir çox yerdə bu şəhərin adı Yerevan kimi göstərilir və deyilir. Amma ora İrəvandır. Əbədi, əzəli Azərbaycan torpağı olan İrəvan. Hər bir azərbaycanlıya doğma olan İrəvan. Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar və digər çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə Göyçə gölü ətrafındakı torpaqlarda yaşayıb və özlərindən sonra zəngin tarixi-mədəni iz qoyublar. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan "Kitabi-Dədə Qorqud" dastanında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda - İrəvan xanlığının ərazisində cərəyan edib.
İrəvan xanlığının ərazisi, ayrı-ayrı işğalçı imperiyaların hökmranlıq dövrləri istisna edilməklə, ən qədim zamanlardan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olub. Bu torpaqlar həm də Azərbaycan-türk tayfalarının elliklə və ən sıx şəkildə yaşadığı regionlardan biri idi. 
XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi. Lakin elə həmin dövrdə Cənubi Qafqazın tarixində qanlı faciələr dövrü başlandı. Regionu ələ keçirməyə çalışan Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı müharibələrə başladı. Məhz həmin dövrdə İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq üçün ilk addım atıldı. Bu gün müasir Ermənistanın paytaxtı İrəvan olsa da, həmin torpaq bizim, oğuz türklərinin, Azərbaycanındır. İndi isə biz bu yazıda hələlik olaraq rəsmi İrəvan deyəcəyik. Hələlik ona görə ki, nə vaxtsa Azərbaycan xalqı öz İrəvanına qayıdacaq. Buna şübhə belə yoxdur.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı. Nəticədə Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Bu qanlı savaşda yüzlərlə igid qəhrəmancasına şəhid oldu və yaralandı. 44 gündən sonra isə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun dəyanəti ilə Şanlı Qələbə qazandıq. Beləliklə, respublikamız BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra edərək, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı tarixi ədaləti məhz özü bərpa etdi. Kimsəni əzmədi, kimsəni tapdamadı, kimsəni incitmədi. Burada yalnız əzilən düşmənin mənfur başı oldu.
Beləliklə, rəsmi İrəvanın işğalçı siyasətinə Azərbaycan tərəfindən əbədi son qoyuldu. Təbii ki, Azərbaycanımızın bu ədalətli zəfərini həzm etməyənlər də oldu. Amma cənab Prezidentin dediyi kimi, Azərbaycan haqq yolundaydı bu 44 günlük müharibədə. Məhz haqq yolu bizi zəfərə apardı. Həmin zəfər ki, buna qədər guya dünyanın ən mötəbər təşkilatlarının qətnamələri vardı. Guya həmin qətnamələrdə Ermənistan Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıydı. Amma bu qətnamələr 27 il kağız üzərində qaldı. Məhz bu səbəbdən Azərbaycan özü öz taleyini həll etdi. Nəinki işğalçı Ermənistan ordusu darmadağın edildi, həmçinin Ermənistanda yarıtmaz hakimiyyətə sarsıdıcı zərbə dəydi.
Bu gün Ermənistanın süqutu ilə barışmayan dövlətlər çoxdur. Amma onlar kimə havadarlıq etdiklərini unutmasınlar. Ermənistan Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox azərbaycanlını doğma torpaqlarından didərgin salan, 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirən, minlərlə sakinimizi məhv edən əli qanlı cəlladdır. Bu gün Ermənistan Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunub. Bu gün Ermənistan dünyanın üz qarası, rəzalətidir. 2020-ci il noyabrın 10-da Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etməyimiz bir daha düşmənin başının əzilməsinin bariz nümunəsidir.
Bu gün istər xarici, istər yerli media nümayəndələri, diasporalar işğaldan azad olunmuş ərazilərimizə gedərkən erməni faşizminin şahidi olurlar. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilib. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırır. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoyub, təhqir və qarət edib. Bu tikililərin içində təkcə 60-dan çox məscid var. Məscidlərdə inək və donuzlar saxlanılıb. Belə bir iyrənc siyasətə malik olan Ermənistan unutmamalıdır ki, “DƏMİR YUMRUQ” bu gün də əzilən başının üzərində hazır dayanıb.
Kürçaylı Məmmədov
Salyan rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO