sonnoqte.az
Xəbər başlıqları
  • 09:26 – İlham Əliyev Xameneyiyə başsağlığı verdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 

Aygün Əhmədli: Bu gün təhsil, məktəb və tərbiyə yalnız mədəni cəhətdən deyil, həm də siyasi həyat, təsərrüfat üçün də böyük əhəmiyyətə malikdir

4-10-2023, 09:42 97 dəfə baxılıb



5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür Sonnoqte.az rəhbərliyi və kollektivi adından  287 №-li “Zəkalar” liseyinin direktoru Aygün Əhmədlini təbrik edir, işlərində uğurlar arzu edirik

Zaman keçdikcə, xalqın  həyat və təfəkkürü dəyişdikcə, inkişaf etdikcə təhsildə dəyişir, inkişaf edir. Təbii ki, hər bir millət öz istiqlaliyyət və     azadlığınısaxlamaq uğrunda mübarizə apararkən həm də təhsil və mədəniyyətini qoruyub saxlayır.

Bu gün təhsil, məktəb və tərbiyə yalnız mədəni cəhətdən deyil, həm də siyasi həyat, təsərrüfat üçün də böyük əhəmiyyətə malikdir. Təsadüfi deyildir ki, bu və ya başqa bir xalqın, millətin mədəni inkişafı onun elm, maarif və texniki səviyyəsi ilə təyin edilir.

Müstəqil dövlətimizin təhsili də daim inkişaf edir, yenilənir. Təhsil sahəsində aparılan islahatlar, qabaqcıl texnologiyaların tətbiqi Azərbaycan təhsilini yeni səviyyəyə qaldırmışdır. 287 №-li “Zəkalar” liseyində  təhsil uğurla inkişaf edir. Burada qabaqcıl məktəblər çoxdur. Onlardan biri də 287 №-li “Zəkalar” liseyidir. Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - 287 №-li “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. 

1994-cü ildən liseyimizdə biologiya müəllimi kimi fəaliyyətə başlayıb, 2014-cü ildən direktor vəzifəsinə təyin olunub. 2004-cü ildə “Əməkdar müəllim” adına layiq görülüb. 2007-ci ildən biologiya fənni üzrə fəlsəfə doktorudur. Müəllim kimi fəaliyyət göstərdiyi müddətdə dəfələrlə “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı pedoqoji mühazirəsi” müsabiqələrinin qalibi olub, şahirdləri dəfələrlə bilik yarışlarının respublika mərhələlərinin qalibləri olmuşlar. ABŞ, Türkiyə, İngiltərə, Rusiya, Kipr və Gürcüstanda keçirilən beynəlxalq layihələrin iştirakçısı olub. Tələbə qəbulu üzrə Dövlət Komissiyasında ekpert kimi çalışıb. Bir neçə metodik vəsaitin müəllifidir. Direktor kimi fəaliyyət göstərdiyi müddətdə lisey iki dəfə “İlin ən yaxşı məktəbi” layihəsinin qalibi olub, məzunların qəbul faizi hər zaman yüksək olub, intellektual oyunlarda komandalarımız dəfələrlə kubok sahibi olublar. 

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan 287 №-li “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Aygün Əhmədli Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

287 №-li “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Aygün Əhmədlinin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Aygün Əhmədli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 287 №-li “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Aygün Əhmədli bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Aygün Əhmədli özünü doğruldub. Bizdə hörmətli Aygün Əhmədlini dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO