sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 

Qarabağ və Şərqi Zəngəzurda bu yollar çəkiləcək - Tarix açıqlandı

1-03-2023, 12:03 95 dəfə baxılıb

Qarabağ və Şərqi Zəngəzurda bu yollar çəkiləcək - Tarix açıqlandı


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2022-2026-cı illər ərzində ümumi uzunluğu 2264,5 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlama və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

AAYDA-dan verilən məlumata görə, bu layihələrdən uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu 2020-ci ildə, uzunluğu 101,5 km təşkil edən “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (uzunluğu 22 km, 2-3 hərəkət zolaqlı) tikintisi başa çatdırılıb.

Tədbirlər Planına uyğun olaraq layihələrdən 12-nin icrasının 2023-cü, 2 layihənin 2024-cü, 3 layihənin 2025-ci və 1 layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub. 

2023-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1.    Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı), 
2.    Bərdə-Ağdam avtomobil yolu ( 44,5 km, 4 hərəkət zolaqlı),
3.    Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı), 
4.    Qubadlı-Eyvazlı avtomobil yolu (28,5 km, 2 hərəkət zolaqlı), 
5.    Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu (26,4 km, 2 hərəkət zolaqlı),
6.    Horadiz-Tuğ-Azıx mağarası avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı), 
7.    Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70,4 km, 4 hərəkət zolaqlı), 
8.    Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39,7km, 4 hərəkət zolaqlı), 
9.    Ağdam-Füzuli avtomobil yolu (64,8 km, 4 hərəkət zolaqlı), 
10.  Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu (45 km, 2 hərəkət zolaqlı), 
11.  Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (112 km)  İran İslam respublikası ilə bağlantısı və Araz çayı üzərində körpülərin tikintisi
12.  Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (1182,7 km, 2 hərəkət zolaqlı). 

2024-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1.    Əhmədbəyli - Füzuli – Şuşa avtomobil yolu (81,6 km, 4 hərəkət zolaqlı),
2.    Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri

2025-ci ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1.    Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123,9  km, 4-6 hərəkət zolaqlı ),
2.    Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81,6 km, 2-4 hərəkət zolaqlı), 
3.    Kəlbəcər-Laçın avtomobil yolu (76,3 km, 2-4 hərəkət zolaqlı).

2026-cı ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1.    Ağdam şəhərinin daxili yollarının tikintisi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO