sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Heydər Əliyev İli” çərçivəsində lənkəranlı gənc rəssamların əl işlərindən ibarət sərgi keçirilib

1-02-2023, 12:09 108 dəfə baxılıb

Heydər Əliyev İli” çərçivəsində Lənkəranda sərgi keçirilib - FOTOLAR

Lənkəran şəhər Mərkəzi kitabxanasının direktoru Nuranə Nəsirova - Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlıLənkəran Şəhər İcra Hakimiyyəti yeni ilin başlanğıcından çoxsaylı tədbirlərə start verib. Müxtəlif istiqamətlər üzrə ilboyu tədbirlərin keçirilməsi nəzərdə tutulub. Yanvarın 26-da Lənkəran ŞİH-nin təşkilatçılığı ilə Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Lənkəran şəhər uşaq Rəssamlıq Məktəbinin şagirdlərinin Ümummilli Liderin əsasən portret janrındakı əl işlərindən ibarət sərgisi keçirilib. Sərgi zamanı Ulu Öndərin həyat və fəaliyyəti barədə qələmə alınan kitablardan ibarət ayrıca guşə də tədbir iştirakçılarına təqdim olunub.  Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan sərgidə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov da iştirak edib. İcra başçısı şagirdlərin yüksək peşəkarlıq və həvəslə kağız üzərində canlandırdıqları əsərlərlə yaxından tanış olub və gənc rəssamlara gələcəkdə daha böyük uğurlara imza atmalarını arzulayıb. Qeyd edək ki, ictimaiyyətin geniş marağına səbəb olan sərgi 3 gün davam edəcək.

.
 

  • “Heydər Əliyev İli” çərçivəsində Lənkəranda sərgi keçirilib - FOTOLAR
  • “Heydər Əliyev İli” çərçivəsində Lənkəranda sərgi keçirilib - FOTOLAR
  • “Heydər Əliyev İli” çərçivəsində Lənkəranda sərgi keçirilib - FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO