sonnoqte.az
Xəbər başlıqları
  • 07:02 – İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib 
  • 13:21 – Prezident İlham Əliyev Bakıda zavod açılışında iştirak edib - FOTO 
  • 10:16 – Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib 
  • 09:49 – İlham Əliyev iclas iştirakçılarına müraciət etdi 

Nəsimi rayonu Ağsaqallar Şurası terror aktını qətiyyətlə pisləyir

30-01-2023, 14:28 147 dəfə baxılıb



Nəsimi rayonu Ağsaqqallar Şurası Azərbaycan səfirliyinə qarşı İranda həyata keçirilmiş terror aktını qətiyyətlə pisləyir, baş verənləri Azərbaycana qarşı təxribat kimi qiymətləndirir. Hesab edirik ki, cinayət tam surətdə araşdırılmalı və günahkar layiq olduğu cəzasını almalıdır. Tolerantlığın, xalqlara qarşı sülh və bərabərliyin həyat norması olduğu Azərbaycan Respublikasının səfirliyinə qarşı terror aktlarının baş verməsi bütün tərəqqipərvər bəşəriyyət, sivilizasiyalı ölkələr tərəfindən pislənməlidir və qətiyyətlə pislənməkdədir. ALLAHdan şəhidimizə, terrorçunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış zabit Orxan Əsgərova rəhmət diləyir, onun ailəsinə dərin hüznlə başsağlığı veririk. Yaralılarımızın tezliklə sağalmasını ALLAHdan diləyirik. Terror aktını törətmiş qulduru qəhrəmancasına zərərsizləşdirmiş Azərbaycanın mərd oğlu Vasif Tağıyevi ürəkdən alqışlayırıq, Vətənimizin, yurdumuzun  əmin-amanlığının keşiyində durmuş bütün igidlərimizlə qürur duyuruq!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO