sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

4 sərhəd kəndi tamamilə boşalıb: ermənilər yaşayış yerlərini tərk ediblər - FOTO

10-01-2023, 16:00 68 dəfə baxılıb



Son sentyabr toqquşmalarından sonra Ermənistanın Azərbaycanla sərhəddə yerləşən 4 kəndinin əhalisi yaşadıqları yeri tərk ediblər.  JAMAZ.İNFO xəbər verir ki, erməni mətbuatı həmin kəndlərdə əhalinin yaşamadığı barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, həmin kəndlərdən ikisi Basarkeçər rayonunun Yyuxarı və Aşağı Şorca kəndləridir. Ötən ilin 13-14 sentyabr döyüşlərindən sonra kəndin yaxınlığındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu dəyişiklik nəticəsində əsas su hövzələri, habelə yüksəkliklər də nəzarətə alınıb. Nəticədə, həmin kəndlərdə yaşamaqdan imtina edən erməni əhalisi evlərini tərk edərək, rayon mərkəzinə və İrəvana köçüblər.

Əhalisi tərk edən kəndlərdən biri də Zəngəzur mahalında yerləşən Kut kəndidir. 4-cü kənd isə Zod kəndidir ki, oradan əhalinin köçü son döyüşlərdən sonra intensiv şəkil alıb. Və bir neçə gün bundan əvvəl isə tamamilə boşalıb. Ərazidə yalnız mədəndə işləyən fəhlələr gözə dəyir ki, onların da çoxu kənddə deyil, Cermuxda yaşamağa üstünlük verirlər.

Bundan başqa, Ayrik, Cağatsadzor, Kutakan, Pokr Masrik və daha bir neçə kənddə də əhalinin köçü sürətlənib.

Su hövzələrinə nəzarəti itirən ermənilər Yuxarı Şorca-Ayrik yolunda işləyən SES-in də imkanlarından məhrum olublar. Çünki həmin stansiya fəaliyyətini tamam dayandırıb.

4 sərhəd kəndi tamamilə boşalıb: ermənilər yaşayış yerlərini tərk ediblər - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO