sonnoqte.az
Xəbər başlıqları
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:51 – Rüstəm Xəlilov Salyanın icra başçısı təyin olundu 
  • 12:24 – Prezident Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB 
  • 09:33 – Prezident “Xəqani” bağında yaradılan şəraitlə tanış oldu - YENİLƏNİB 

İki ölkə arasındakı münasibətlər bundan sonrakı mərhələdə daha da sürətlə inkişaf edəcək, daha uğurlu nəticələrə və perspektivlərə yol açacaq

24-12-2022, 09:07 139 dəfə baxılıb




Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunub. Onu da qeyd edək ki, Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.
Ümumiyyətlə, Prezident cənab İlham Əliyevin aparılan uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, əməkdaşlığın genişlənməsinə, siyasi-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə ciddi zəmin yaradıb. Şübhəsiz ki, aparılmış dəqiq siyasətin məntiqi nəticəsi olaraq regionun supergücü olan Azərbaycanla indi xarici ölkələrin əksəriyyəti əlaqələr qurmaqda, tərəfdaşlıq münasibəti yaratmaqda maraqlıdır. Prezident İlham Əliyevin beynəlxalq tribunalarda çıxışları, eyni zamanda liderlərin Azərbaycana səfərləri və ölkəmiz haqqında səsləndirilən müsbət fikirlər bunun sübutudur. 
Azərbaycan Prezidenti İlham Əliyevin bu il noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfəri, həmçinin Serbiya Prezidenti Aleksandar Vuçiçin dekabrın 21-də ölkəmizə işgüzar səfəri hər iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edən növbəti addımlardandır və əlaqələrin yeni əsasda inkişafı üçün stimul yaradır. Dekabrın 21-də ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə dövlətimizin başçısının təkbətək görüşü başa çatdıqdan sonra hər iki ölkə rəhbərinin mətbuata bəyanatında səsləndirilən fikirlər də qarşılıqlı münasibətlər və perspektiv fəaliyyətlər barədə aydın təsəvvür yaradıb.
Prezident  İlham Əliyev bəyanatında iki ölkə əməkdaşlığında energetika sektorunun xüsusi yer tutduğunu, son  vaxtlar bu sahənin böyük önəm daşıdığını diqqətə çatdırıb. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın təbii resurslarının artıq müxtəlif istiqamətlər üzrə, o cümlədən, Avropa qitəsinə-Serbiyaya qonşu olan ölkələrə ixrac edildiyini vurğulayıb. Ölkə rəhbəri belə bir əlverişli şəraitin həm zəngin təbii qaz, həm də elektrik enerjisi potensialı sayəsində yarandığını bildirib. Prezident İlham ¬Əliyev bəyanatında gələn ildən başlayaraq, Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixracı üçün əməli addımlar atılacağına da əminliyini ifadə edib. 
Azərbaycan Prezidenti bəyanatında ticarət sahəsindəki vəziyyətə də toxunaraq, əldə edilən razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsinin qarşıdakı dövrdə artacağına, bu istiqamətdə reallaşdırılacaq layihələrin yaxın gələcəkdə yüksək göstəricilərlə müşahidə olunacağına əminlik bildirib. Dövlətimizin başçısı daha sonra nəqliyyat-logistika sahəsində böyük potensialın mövcudluğunu da xatırladaraq,  Azərbaycan və Serbiya ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində uzlaşma və bağlantının yaradılması üçün böyük səy tələb olunduğunu, artıq bu yöndə müəyyən aidiyyəti qurumlar arasında təmaslar qurulduğunu vurğulayıb.
Göründüyü kimi, Azərbaycanla Serbiyanın dövlət başçılarının birgə səyləri nəticəsində iki ölkənin əlaqələri hazırda strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu, özünü enerji sektorunda olduğu kimi, xarici iqtisadi əlaqələrdə də göstərib. Bir sözlə, Serbiya Prezidentinin Azərbaycana səfəri uğurla inkişaf edən və bir çox sahələri əhatə edən ikitərəfli əlaqələri daha da inkişaf etdirmək və gələcək perspektiv üçün mühüm əhəmiyyət kəsb edir. Səfərin yekunları deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətlər bundan sonrakı mərhələdə daha da sürətlə inkişaf edəcək, daha uğurlu nəticələrə və perspektivlərə yol açacaq. Çünki prezidentlər səviyyəsində mövcud olan yüksək siyasi dialoq və dostluq münasibətləri həm indi, həm də gələcək illərdə əlaqələrin daha da şaxələnməsinə, müxtəlif sahələri əhatə etməsinə və dərinləşməsinə böyük təsir göstərəcək.


Ağabəy Hüseynov,
Salyan bələdiyyəsinin sədr müavini, YAP fəalı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO