sonnoqte.az
Xəbər başlıqları
  • 08:59 – “İsa bulağı” tam bərpadan sonra - Video 
  • 08:47 – “Orada da olacaq...” demişdi - Sözünü yenə tutdu! 
  • 11:21 – İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib 
  • 10:11 – Prezident Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib 

Bağır müəllim: Hesabatlılığa yüksək dəyər

2-06-2022, 10:28 174 dəfə baxılıb

Bağır müəllim: Hesabatlılığa yüksək dəyər


İş adamı Bağır müəllim - Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Cozef Baydenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı məktub bir daha ölkəmizin nəinki regionda, hətta dünya çapında Prezident İlham Əliyevin uzaqgörən və cəsarətli, beynəlxalq və milli dəyərləri üzvi surətdə uzlaşdıran, ölkəmizin nüfuzlu, etibarlı və sadiq bir tərəfdaş kimi qəbul edilməsinə zəmin yaradan çoxşaxəli və çoxvektorlu daxili və xarici siyasətinin nəticəsində dünyanın aparıcı ölkə liderləri tərəfindən etiraf əlaməti kimi yüksək dəyərləndirilməlidir.

Maraqlıdır ki, ABŞ Prezidenti tərəfindən alqışlanan addımlar sırasında qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi istiqamətində əldə edilən uğurlar ilk dəfədir ki, belə açıq və birmənalı şəkildə göstərilir. Bu, digər sahələrdə olduğu kimi hesabatlılığın möhkəmləndirilməsi və şəffaflığın artırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında son dövrlərdə uğurla reallaşdırılan siyasətin, güclü siyasi iradənin və qanunun aliliyinə sədaqətin, sosial müdafiə, vətəndaş həmrəyliyinin zəruriliyinin hamı tərəfindən dərk edilməsinin məhsulu kimi qəbul olunmalıdır.

Bir məsələ də xüsusi vurğulanmalıdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin şəffaflıq və hesabatlılıq sahəsində görülən işlərin iqtisadi-maliyyə tərəfləri ilə yanaşı, siyasi və strateji hesabatlılığa mühüm əhəmiyyət verməsi, atılan bütün addımların ölkə vətəndaşlarına şəffaf və operativ çatdırılması da xarici müşahidəçilər tərəfindən dəyərləndirilir.

Kölgə iqtisadiyyatının azaldılmasının əsası kimi hesabatlılığın möhkəmləndirilməsi zərurəti möhtərəm Prezidentimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Bunun üçün uçot, hesabatlılıq və nəzarət sahəsində mövcud problemlər beynəlxalq təcrübə nəzərə alınmaqla sistemli şəkildə həll edilməkdədir.

Son vaxtlarda hesabatlılığın və şəffaflığın artırılmasına yönəlmiş müddəaların Vergi Məcəlləsində və “Mühasibat uçotu haqqında” Qanunda əks etdirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək lazımdır ki, bütün dövrlərdə iqtisadiyyatın səmərəli idarə edilməsinin əsasını hesabatlarda əks olunan informasiyalar təşkil etmişdir. Bu baxımdan hesabatlılığın təkmilliyinin, düzgün və obyektiv tərtib edilməsinin, vaxtlı-vaxtında təqdimatının və əlçatan olmasının rolu çox mühümdür.

Ümid etmək olar ki, iqtisadiyyatımızda mövcud olan problemlər hesabatlılıq və şəffaflığın daha da yüksəldilməsi zəminində öz həllini tapacaqdır ki, bu da öz növbəsində ölkəmizin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə və beynəlxalq nüfuzunun artırılmasına rəvac verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO