sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Tarıyel Yaqubov: Neftçala Peşə Məktəbi inkişaf strategiyasına uyğun fəaliyyət göstərir

17-09-2024, 09:24 28 dəfə baxılıb



Sonnoqte.az olaraq, Neftçala Peşə Məktəbinin direktoru Tarıyel Yaqubov Hər birinizi 16 Sentyabr Bilik Günü, yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edirəm. Ulu Öndər Heydər Əliyev deyirdi ki,  “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
 Əziz müəllimlər, bu müqəddəs missiyanızda hər birinizə bol uğurlar arzulayıram!
Yeni dərs iliniz mübarək olsun!  “İnanıram ki, təhsildə keyfiyyətin artırılması yönündə qarşıya qoyduğumuz hədəflərə doğru irəliləyə biləcəyik”
 

Neftçala Peşə Məktəbində 2024-2025-ci tədris ili üçün ilk pedaqoji şura iclası keçirilib

İclasda təhsil müəssisəsinin rəhbərliyi və müəllim heyəti iştirak edib. 
İclası açıq elan edən məktəbin direktoru Tarıyel Yaqubov, ilk olaraq 2023-2024-cü tədris ilinin yekunlarına nəzər salıb və məktəbin qazandığı uğurları, əldə olunan yüksək nəticələri ətraflı müzakirə edib. O, xüsusilə tədris prosesində tətbiq olunan yeniliklərin və müasir təlim metodlarının şagirdlərin bilik səviyyəsinə göstərdiyi müsbət təsiri vurğulayıb. 
Çıxışlar zamanı məktəbin müəllim kollektivi, şagirdlərin qazandığı uğurlar və məktəbin ümumi inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıb. Təhsilalanların peşəkar bacarıqlarının inkişaf etdirilməsi, iş həyatına daha hazırlıqlı və rəqabətə dayanıqlı kadrların yetişdirilməsi üçün görülmüş işlər təhlil olunub.
Bununla yanaşı, 2024-2025-ci tədris ili üçün tədris planları və iş proseduru ətraflı müzakirə edilib. Pedaqoji şura üzvləri-TTİ üzrə müavin Cəmalə Məmmədova, İTİ üzrə müavin Kamran Hüseynov, Baş Usta Vüsal Bədəlov və digər əməkdaşlar tərəfindən yeni tədris ilində məktəbdə tədris prosesinin daha da təkmilləşdirilməsi, innovativ texnologiyaların təhsilə inteqrasiyası, praktik dərslərin daha da səmərəli təşkili istiqamətində təkliflər səsləndirilib. Tarıyel Yaqubov yeni tədris ilində qarşıya qoyulan əsas məqsədlərdən birinin də şagirdlərin fərdi inkişafına xüsusi diqqət yetirilməsi və onların əmək bazarına uyğun, yüksək ixtisaslı mütəxəssislər kimi yetişdirilməsi olduğunu qeyd edib.
Şura iclasında həmçinin məktəbin kollektivinə yeni qoşulan müəllimlər təbrik edilib. Onlara tədris prosesində uğurlar arzu olunub və peşəkar inkişafları üçün hərtərəfli dəstək göstəriləcəyi vurğulanıb. Yeni işçilərin məktəbin kollektivinə töhfə verəcəyinə və tədris prosesində müsbət dəyişikliklərə səbəb olacağına inam ifadə olunub. 
Şuranın yekununda, tədris işçilərinə məktəbin inkişaf strategiyasına uyğun fəaliyyət göstərmələri və yeni tədris ilinə daha böyük ruh yüksəkliyi ilə başlamaları üçün tövsiyələr verilib. Bu tədris ilinin də əvvəlki illərdə olduğu kimi uğurlu olacağına inam ifadə edilib, qarşıya qoyulan məqsədlərə çatmaq üçün kollektivin səmərəli və birgə fəaliyyəti zəruri hesab olunub.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO