sonnoqte.az
Xəbər başlıqları
  • 19:43 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 08:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 
  • 12:40 – Prezident Milli Qəhrəman Natiq Qasımovdan danışdı 
  • 12:36 – Prezident: İrəvan sülh istəyirsə, günahkarları cəzalandırmalıdır 

Möhkəm birliyin zəmanəti

10-06-2024, 10:19 28 dəfə baxılıb

Möhkəm birliyin zəmanəti


Son illərdə Türk dövlətləri arasında əlaqələr bütün sahələrdə intensiv xarakter alıb və dövrün tələblərinə, baş verən proseslərə uyğun olaraq sürətlə inkişaf etdirilir. TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Ortaq soy-kök, ortaq tarix və mədəniyyət, milli dəyərlər, eyni zamanda, üzv ölkələr arasında qarşılıqlı dəstək, mövcud potensial və həyata keçiriləcək layihələr Türk Dövlətləri Təşkilatının rolunu daha da artırır və onu dünyanın aparıcı beynəlxalq qurumlarından birinə çevirir.
Prezident İlham Əliyev cari ilin 6 iyun tarixində TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı çıxış edərək bu iclasın da Türk dünyasının birliyinin təzahürü olduğunu bildirmiş, Türk dünyasının birləşməsi istiqamətində ölkələrimizin göstərdiyi böyük səylərin müsbət nəticələrindən mənunluğunu ifadə etmişdir.
Ölkəmizin başçısı qeyd etmişdir ki, Azərbaycanın xarici siyasətinin əsas prioritet sahələrindən birini Türk dövlətləri ilə münasibətlərin inkişafı və möhkəmləndirilməsi təşkil edir. Andiçmə mərasimində söylədiyi “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikrini bir daha səsləndirən ölkə başçısı bunun ölkə siyasətindən irəli gəldiyini, bu məsləyə nə qədər diqqət yetirildiyini, bu ideyanın artıq bir məfkurə halına gətirildiyini vurğulamışdır.
Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən cənab İlham Əliyev sürətli və davamlı təmaslara ehtiyac olduğunu qeyd edərəkhər bir Zirvə görüşünün birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olduğunu qeyd etmişdir.
Ölkəmizin başçısı bildirib ki, Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. İlk növbədə nəqliyyat məsələsinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirən cənab İlham Əliyev Orta Dəhliz layihəsində TDT-yə üzv olan bütün dövlətlərin iştirak etdiyini və bunun Türk dünyasının birləşməsi ilə sıx bağlı olan proses olduğunu diqqətə çatdırmışdır.
Ölkəmizin gündəliyində duran əsas vəzifələrdən birinin iqlim məsələləri olduğunu bildirən cənab İlham Əliyev qeyd etdi ki, “Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir.”
4 il bundan əvvəl azadlığına qovuşmuş Şuşada TDT-nin Zirvə görüşünün keçirilməsinin xüsusi məna daşıdığını bildirən cənab Prezident Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Şuşaya səfərlərini, işğaldan azad olunmuş ərazilərimizdəki bərpa-quruculuq işlərinə dəstəyini yüksək qiymətləndirmişdir: “Yəni biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Təbii ki, bu, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir.”
Ölkəmizin başçısı çıxışının sonunda bir daha Türk dövlətlərinin dünya birliyində rolu və yerinə diqqət çəkərək bildirmişdir: “Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq.”

Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO