sonnoqte.az
Xəbər başlıqları
  • 10:13 – Prezident Natiq Qasımovla bağlı paylaşım etdi - FOTO 
  • 20:58 – Prezident İlham Əliyev hərbi qulluqçuları təltif edib 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 
  • 14:26 – Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM 

Zəfərlərin ilk müjdəsi

3-04-2024, 11:22 622 dəfə baxılıb



Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Xocavənd Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi Şəxsin  direktoru Canəli Nəbiyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Xocavənd Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Canəli Nəbiyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Canəli Nəbiyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Canəli Nəbiyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Xocavənd Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi Şəxsin direktoru Canəli Nəbiyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Canəli Nəbiyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Canəli Nəbiyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Canəli Nəbiyev özünü doğruldub. Bizdə hörmətli Canəli Nəbiyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Xocavənd Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi Şəxsin  direktoru Canəli NəbiyevAzərbaycan Ordusunun möhtəşəm zəfərlərindən olan Aprel döyüşlərindən 8 il ötür. Bu döyüşlər Azərbaycanın şanlı Ordusunun tarixinə qızıl hərflərlə yazılan zəfər səlnaməsidir. Qalibiyyət bayrağını başı üzərində dalğalandıran Vətənimizin mərd oğulları xalqımızın qəhrəmanlıq, sərkərdəlik tarixini keçən zamanlardan üzü bəri belə şərəflə yaşadıb, bu gün də yaşadır, sabah da yaşadacaqlar.
Zəfərlərin ilk müjdəsi


Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığıdır. Bütün bunların tarixi köklərimizə və milli-mənəvi dəyərlərimizə bağlılığın, sədaqətin nəticəsi olduğu dəfələrlə təsdiqlənib. Tariximizə Aprel döyüşləri kimi yazılan qələbə isə bir daha Azərbaycan Ordusunun gücünü nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri hər zaman xalqımızın qəhrəmanlıq səhifəsinə qürurla yazılacaq və qürurla xatırlanacaq  bir tarixdir.

Aprel döyüşləri həm də, Ordumuzun gücünün, xalqla ordunun birliyinin, gənclərimizin vətənpərvərliyinin göstəricisi kimi tarixə düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Aprel döyüşləri nəticəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndləri istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Lələtəpə yüksəkliyinin və onun ətrafındakı strateji baxımdan mühüm əhəmiyyət daşıyan ərazilərin azad edilməsi ilə Ordumuz geniş əraziyə nəzarət etmək imkanı qazandı. Qısa müddətdə bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mühəndis-istehkam məntəqələri quruldu. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Dörd günlük müharibədə 320-dən artıq düşmən hərbçisi məhv edildi. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Azərbaycan Ordusu Ağdərə, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanını qazandı. Aprel döyüşləri nəticəsində azad etdiyimiz yüksəkliklər İkinci Qarabağ müharibəsində Ordumuzun uğurlu əməliyyatlar həyata keçirməsi üçün əlverişli imkanlar yaratdı.

Aprel döyüşləri həm də 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərimizin ilk müjdəsi oldu. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini atəşə tutması artıq dövlətimizin, xalqımızın səbr kasasını daşırdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atmaqla nəyi nə zaman etməyi bildiyini bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında bir şərt qoydu – işğal edilmiş torpaqlarımızı tərk etmək! Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə, xüsusilə müqəddəs savaşın başlandığı sentyabrın 27-də xalqa müraciətində erməniləri torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Azərbaycanın üçrəngli bayrağının işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və bu əminlik gerçəkliyə çevrildi.


44 gün ərzində Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Sonrakı mərhələdə isə Ermənistan kapitulyasiya aktına imza atdı, Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən geri alındı. Ötən ilin sentyabrında isə rəşadətli ordumuzun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində erməni separatizminə son qoyuldu. Bununla da, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu zəfərlərin ilk müjdəçisi isə Aprel döyüşləridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO