sonnoqte.az
Xəbər başlıqları
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 10:21 – Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 

Qorxmaz Məhərrəmov: Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir

28-11-2023, 09:23 95 dəfə baxılıb

Prezident İlham Əliyev SPECA-nın Zirvə görüşündə çıxış edib – YENİLƏNİB +  FOTO/VİDEO – Medianews

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Ağdam Fermerlər Şurasının sədri Qorxmaz Məhərrəmov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Ağdam Fermerlər Şurasının sədri Qorxmaz Məhərrəmov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qorxmaz Məhərrəmovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Qorxmaz Məhərrəmov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Ağdam Fermerlər Şurasının sədri Qorxmaz Məhərrəmov - Azərbaycan növbəti beynəlxalq tədbirə ev sahibliyi etdi. Noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi.  Qeyd edək ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqrama üzv olan ölkələr arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.  Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur”. Azərbaycanın bu regionda yerləşən ölkələrlə münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini təsdiqləyən mühüm amillərdən biri də qarşılıqlı səfərlərdir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. Bu istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafında özünü göstərir. SPECA-nın Zirvə görüşü bu əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır.  Zirvə görüşünün sonunda imzalanan Bakı Bəyannaməsində hədəflər və onlara nail olmağın yol xəritəsi öz əksini tapıb. Bir daha qeyd edilir ki, əməkdaşlığın inkişaf etdirilməsi prioritetdir.
SPECA yaranandan sonra üzv ölkələrdən biri kimi Azərbaycanın keçdiyi inkişaf yolu məlumdur. Dövlət başçısı İlham Əliyevin Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi, qarşımızda bir çox problemlər, çağırışlar dayanmışdır.  Son 25 ildə əsas çağırışlar arxada qaldı. Dövlət suverenliyimizi möhkəmləndirdik, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrildik və iqtisadi cəhətdən sürətlə inkişaf etdik.  Ölkələrimizi birləşdirən daha bir amil siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur.
Azərbaycanın sabitlik diyarı və iqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında və inkişaf etdirilməsində maraqlı olan dövlətlərin sayının artmasında özünü aydın şəkildə nümayiş etdirir. Azərbaycanın investisiya cəlbediciliyini daim qoruması statistik rəqəmlərdə də özünü təsdiqləyir. Belə ki, son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. 2003-cü ildən Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olamasına çağırış edərək bu istiqamətdə biri-birindən mühüm addımlar atır. Regionların sosial- iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası  sahibkarlığın sürətlə inkişaf etdirilməsində, yeni iş yerlərinin açılmasında, bölgələrin infrastrukturunun yenilənməsində özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyev ilk gündən belə bir çağırışı da səsləndirdi ki,  iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bir daha diqqəti Azərbaycanın sosial-iqtisadi göstəricilərinə yönəltdi.  Belə ki, son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.
Azərbaycan yerləşdiyi coğrafi məkana görə dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Ölkəmizin nəqliyyat və tranzit imkanları genişlənir. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə Azərbaycanın müstəqil siyasətinin uğurlarından da geniş bəhs edib. İqtisadi müstəqillik ölkəmizin siyasi mövqeyinin möhkəmləndrilməsində əhəmiyyətli rol oynayır. İqtisadi və siyasi islahatların paralel şəkildə həyata keçirilməsi ölkəmizin hərtərəfli inkişafında öz sözünü deyir. Cənab İlham Əliyev bu reallığı da diqqət çatdırdı ki, dünyada uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələrin sayı az deyil. Onlardan biri Azərbaycanın qonşusu Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar.
Dövlət başçısı İlham Əliyevin bu və ya digər ölkələrə, eyni zamanda, həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri davamlılığı ilə diqqətdədir. Bu baxımdan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin ölkəmizə rəsmi  səfəri bir sıra mühüm məqamlarda yadda qaldı. Səfər çərçivəsində Prezidentlərin təkbətək və geniş tərkibdə keçirilən görüşlərində, həmçinin mətbuata bəyanatlarında əlaqələrimizin dünəninə baxış əsasında qarşıdakı dövrün prioritetləri açıqlandı. “Bizim ikitərəfli əlaqələrimizə gəldikdə demək istəyirəm ki, biz iqtisadi əməkdaşlıq məsələsini geniş şəkildə əhatə etdik. İki həftədən sonra nümayəndə heyətimiz hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi üçün Bağdada səfər edəcək. Bizim qarşılıqlı ticarətin necə artırılması ilə bağlı böyük planlarımız var. Həmçinin bu gün enerji sahəsində əməkdaşlıq məsələsini də müzakirə etdik. Növbəti ay nümayəndə heyətimizin səfəri zamanı bu məsələ yenə müzakirə olunacaq” söyləyən dövlət başçısı İlham Əliyev belə bir əminliyi ifadə etmişdir ki, səfərin nəticələri çox yaxşı olacaq. Bir daha ölkələrimiz arasında dostluq münasibətlərinin olduğunu təsdiq etdik. Dialoqumuzun davam etdirilməsi yeni yaxşı nəticələrə gətirib çıxaracaq və  əməkdaşlıq güclənəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO