sonnoqte.az
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO) 
  • 19:54 – İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 

Hacı Salayev uzun illər deputat olduğu illərdə dövlətə və dövlətçiliyə şərəflə xidmət edib

5-09-2023, 13:24 71 dəfə baxılıb

Hacı Salayev uzun illər deputat olduğu illərdə dövlətə və dövlətçiliyə şərəflə xidmət edib


Azərbaycanda bəzi "tanınmış" xəbər portallarının, internet saytlarının məqsədli şəkildə iş adamlarını, keçmiş məmurları, bəzi vəzifəli şəxsləri şantaj etməsi ölkədə reket jurnalistikasının daha da genişlənməsindən xəbər verir. İndi ölkədə bir şəxs başqasının uğurlarına kölgə salmaq, onu cəmiyyətdə nüfüzdan salmaq istəyirsə həmin "mətbuat orqanları"na pul verərək şantaj xarakterli yazılar sifariş etdirir. Özlərinə jurnalist deyən həmin şəxslər bir neçə gündür ki, keçmiş deputat, tanınmış iş adamı, xeyriyyəçi Hacı Salayevi hədəfə alaraq ona qarşı qarayaxma kampaniyası aparır, şər və böhtan atırlar. Ölkə qanunlarını heçə sayan həmin "xəbər saytları"nın rəhbərlərinə dur deyən olmadıqca onlar daha da azğınlaşır, Hacı Salayevi şantaj etməklə, onun barəsində olmayan məlumatları yazır, şərəf və ləyaqətini alçaltmağa çalışırlar. Buradan həmin saytların rəhbərlərinə səslənərək bildirirəm ki, Hacı Salayev barədə şantaj xarakterli yazılar dərc etməkdən əl çəkin. Siz bu cür yazılar yazarkən vicdanla düşünün ki, Hacı Salayev uzun illər deputat olduğu illərdə dövlətə və dövlətçiliyə şərəflə xidmət edib, indi də xeyriyyəçı iş adamı kimi qazilərə, şəhid ailələrinə, aztəminatlı insanlara yardım edir. 
Hacı Salayevi tanımayan saxtakar internet saytlarının rəhbərləri bu məlumatı sonadək diqqətlə oxusun, kimi şantaj etdiklərini düşünsün. Dövlətimiz, xalqımız üçün bu qədər xidmətləri olan bir şəxsə şər-böhtan atan "jurnalist"lərin ondan pul almaq istəyinin və çirkli məqsədinin olduğu hamıya məlumdur. 
Hacı Salayev 1968-ci ildə Sumqayıt şəhərində anadan olub, 1985-ci ildə Bakı şəhəri 6 saylı tam orta məktəbi, 1994-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini, 2002-ci ildə isə Bakı Dövlət Universiteti Hüquq fakültəsini bitirib. 1986-1988-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Ordu sıralarından tərxis olunduqdan sonra "İdman" İstehsalat Birliyində əmtəəşünas, sonra isə iqtisadçı vəzifəsində işləyib.
1991-ci ilin noyabr ayında Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat Birliyi "Şəbəkə" Filialının direktoru vəzifəsinə təyin olunub. 1996-cı ilin fevral ayından 2002-ci ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə hərbi xidmətdə olub (Milli Təhlükəsizlik Nazirliyi). Xidmət etdiyi müddət ərzində müxtəlif vəzifələrdə işləyib. Son tutduğu vəzifə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsi olmuşdur. Ehtiyatda olan polkovnik rütbəli zabitdir. 2002-ci ilin noyabr ayından 2005-ci ilin mart ayınadək "TRUST" Mühafizə Şirkətinin Baş direktoru vəzifəsində işləyib. 2005-ci ilin avqust ayından 2006-cı ilin mart ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifəsində işləyib.
2006-cı ilin mart ayından 2010-cu ilin fevral ayınadək "TRUST" Mühafizə Şirkəti İdarə Heyətinin sədri vəzifəsində işləyib.
29 noyabr 2010-cu ildə IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü olub. 2011–2015-ci illərdə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavini olub. 2012–2015-ci illərdə Azərbaycan-Peru Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun rəhbəri olub. 24 noyabr 2015-ci ildə V Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü olub. Azərbaycan-Türkiyə Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun üzvü olub.
2016-cı ildə Milli Məclisin Azərbaycan-Estoniya Parlamentləri ilə əlaqələr üzrə işçi qrupun rəhbəri seçilib.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dissertantıdır.
Hacı Salayev səmərəli xidmətinə və işgüzar fəaliyyətinə görə 2012-ci ildə "Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının 20 illiyi" ("МПА СНГ. 20 лет") medalına, 2015-ci ildə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Şurası tərəfindən "Parlament əməkdaşlığının möhkəmləndirilməsinə görə" medalına (Медаль "За укрепление парламентского сотрудничества"), 2018-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalına, 2018-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin "Parlament" medalına, 2018-ci ildə "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918–2018)" medalına,
2018-ci ildə "Azərbaycan Respublikası Milli Məclisinin 100 illiyi (1918–2018)" medalına, 2018-ci ildə "Azərbaycan Ordusunyn 100 illiyi (1918–2018)" yubiley medalına layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO