sonnoqte.az
Xəbər başlıqları
  • 13:27 – İlham Əliyev Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 
  • 11:54 – İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib 
  • 12:01 – Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 
  • 12:00 – Prezident İlham Əliyev Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib VİDEO 

Azərbaycanda yüksək vəzifəyə 3 yeni təyinat - ADLAR

6-10-2021, 11:15 320 dəfə baxılıb

Azərbaycanda yüksək vəzifəyə 3 yeni təyinat - ADLAR


Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə yeni təyinatlar həyata keçirilib.

İdarədən verilən xəbərə görə, təhsil nazirinin əmrinə əsasən, Kamran Əliyev BŞTİ-nin Hüquq sektorunun müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər K.Əliyev Peşə Təhsili üzrə Dövlət Agentliyində və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Təhsil nazirinin digər əmrinə əsasən, Tural Mahmudov BŞTİ-nin İnfomasiya təminatı sektorunun müdiri vəzifəsinə təyin olunub.

Bu təyinata qədər T.Mahmudov Gədəbəy Rayon İcra Hakimiyyətində baş məsləhətçi, “VF Azərkredit” MMC-nin Gədəbəy filialında kredit mütəxəssisi, Təhsil İnstitutunun strateji təhlil şöbəsində aparıcı mütəxəssis və S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini vəzifələrində çalışıb.

Həmçinin təhsil nazirinin əmrinə əsasən, Fuad Əsgərov İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin edilib. Bu təyinata qədər F.Əsgərov Daxili işlər və Fövqəladə hallar orqanlarında, BŞTİ-də müxtəlif vəzifələrdə çalışıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO